Qaytara bilmərik bu gün dünəni
Xəyallar aparır keçmişə məni.
Qarşımda canlanır Onun surəti,
O ciddi görkəmi, nurlu aləmi
Qəlbim xatırlayır Ulu Heydəri!
O, elmin, təhsilin carçısı ıdı,
Yetimin, kasıbın qayğısı ıdı.
Rüşvətxor, dələduz Ona yad idi
Xalqına xidmətı əvəzolunmaz...
Xalq daim xatırlar Ulu Öndəri!
Allahın sevdiyi O böyük İNSAN,
Dünyada zəhmətlə qazandı ad-san.
Qara səhər dönüb oldu Ağ səhər
Gülüstandır, bax bizim Azərbaycan
Dövlətin rəhbəri bu ğündür İlham!
İşğaldan azaddır artıq Qarabağ,
Qəlblərdən silindi ən böyük bir dağ.
Köçkünlər qayıdır el-obasına
Zəfər bayrağıyla canlanır torpaq
Rəhmət diləyirlər El Atasına!
Mürsəlova Ofelya Mürsəl qızı
ADPU-nun Pedaqogika kafedrasının sabiq baş müəllimi