PDF Oxu

Əsas

  • 11

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan duetinin qələbəsi Rusiya KİV-lərinin diqqət mərkəzindədir

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan duetinin qələbəsi Rusiya KİV-lərinin diqqət mərkəzindədir
Xarici mətbuat "Eurovision" mahnı müsabiqəsində Azərbaycan ifaçıları Eldar Qasımov və Nigar Camalın qələbəsini geniş işıqlandırmaqdadır.
AzərTAc xəbər verir ki, Murmansk vilayətindəki həmvətənlərimiz Azərbaycan üçün o fərəhli gündə "Radio 2x2", "Bolşoye radio" və "Raditron"un birbaşa efirində bir-birini qələbə münasibətilə təbrik ediblər. "Moskovski komsomolets - Murmansk" qəzeti "Eurovision-2011-də" Azərbaycan dueti qalib gəldi. Rusiyalı Aleksey Vorobyov 16-cı oldu" sərlövhəli yazı yerləşdirib. Yazıda deyilir ki, "Eurovision-2011" mahnı müsabiqəsi Düsseldorf Arena səhnəsində keçirilib. Müsabiqədə 43 ölkə, o cümlədən Finlandiya, Bosniya və Herseqovina, Danimarka, Litva, Macarıstan, İrlandiya, İsveç, Estoniya, Yunanıstan, Fransa, İtaliya, İsveçrə, Böyük Britaniya, Moldova, Almaniya, Rumıniya, Avstriya, Azərbaycan, Sloveniya, İslandiya, İspaniya, Ukrayna, Serbiya və Gürcüstan iştirak edib, finala 25 ölkə vəsiqə qazanıb. "Running Scared" mahnısı ilə çıxış edən Azərbaycan nümayəndələri Eldar Qasımov və Nigar Camal 221 xalla qalib gəliblər. Beləliklə, növbəti "Eurovision" müsabiqəsi Bakıda keçiriləcək. Qalib ölkənin nümayəndələri keçici mükafatı - "Büllur mikrofonu" öz ölkələrinə aparacaqlar. "MK-Murmansk" qəzetində Eldar və Nigarın final anındakı fotoşəkli verilib. Şəkilaltı sözlərdə deyilir: "Bakıdan olan duet "Eurovision-2011"-in finalını sanballı 32 bal üstünlüklə uddu". Xatırladaq ki, "Eurovision"un final mərhələsini 38 min xoşbəxt seyrçi və bütün dünya üzrə 120 milyon tamaşaçı izləyib.

Digər xəbərlər