Hörmətli Bakı sakinləri və əziz qonaqlar!
İctimaiyyətin hədsiz marağını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında təşkil edilmiş Gül bayramı bir gün də uzadılaraq, mayın 13-də saat 10:00-dan 21:00-dək davam edəcək.
Bakı Şəhər İcra Hakimiyyəti şəhərimizin sakinlərini Gül bayramında iştirak etməyə dəvət edir.
Bakı Şəhər İcra Hakimiyyəti