“Ulu Öndər elə şərəfli yol keçmişdir ki, Onun bu yolu bir insan ömrünə, bir insan həyatına sığa bilməz"
Dünən Gədəbəy rayon icra hakimiyyəti Yeni Azərbaycan P+artiyası Gədəbəy rayon təşkilatı il birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər planını həyata keçirib.
Silsilə tədbirlər başlamamışdan öncə, tədbir iştirakçıları və rayon ictimaiyyəti, ilk olaraq, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoydu, Onun əziz xatirəsi böyük ehtiramla yad edildi.
Geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə Ulu Öndərin bir insan ömürünə sığmayanın şərəfli həyat yolundan danışdı: "Ulu Öndər elə şərəfli yol keçmişdir ki, Onun bu yolu bir insan ömrünə, bir insan həyatına sığa bilməz".
Sonra ictimaiyyət qarşısında çıxış edən icra başçısı öz nitqində Azərbaycan dövlətinin qurucusu və memarı Dahi şəxsiyyət Heydər Əliyevin daxili və xarici siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarının əldə etdiyi davamlı uğurlarından, daxili və xarici siyasətdə qazandığı nailiyyətlərdən geniş söhbət açdı.
Çıxışlardan sonra, Ulu Öndər Heydər Əliyevin anadan olamsının 88-ci ildönümü ilə əlaqədar rayonda keçirilmiş inşa yazı - müsabiqəsinin və futbol turnirinin qaliblərinə YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin 19 aprel 2011-ci il tarixli qərarına əsasən mükafatların təqdimolunma mərasimi keçirildi. Mükafatlar RİH-in başçısı Kamran Rzazadə və YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradovun iştirakı ilə öz sahiblərinə təqdim edildi.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş müsabiqə və turnirlərin yüksək səviyyədə keçirilməsi istiqamətində göstərdikləri aktiv fəaliyyətlərinə görə, bir qrup müəllim YAP Gədəbəy rayon təşkilatının fəxri fərmanları ilə təltif olundular.
Tədbirin yekununda rayon ictimaiyyəti və tədbir iştirakçıları qarşısında aşıqlar, incəsənət ustaları və rayon mədəniyyət evinin özfəaliyyət dərnəyinin kollektivi geniş konsert proqramı ilə çıxış etdilər.