PDF Oxu

Əsas

  • 20

"Yeni Azərbaycan Partiyası bundan sonra da ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yüksək tutaraq müxtəlif tədbirlərini davam etdirəcək"

"Yeni Azərbaycan Partiyası bundan sonra da ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yüksək tutaraq müxtəlif tədbirlərini davam etdirəcək"
"Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası bir sıra tədbirlər keçirir və bunlar içərisində bir neçə idman tədbirləri də öz əksini tapıb". SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, keçirilən bütün tədbirlərlə, o cümlədən də bu gün şahidi olduğumuz voleybol turnirində iştirak edən gənc və həvəskar voleybolçular bu yarışla ulu öndər Heydər Əliyevin əziz xatirəsinə olan dərin hörmətlərini ifadə etdilər. Onun sözlərinə görə, keçirilən turnirlər bütövlükdə Azərbaycanda idmanın kütləviləşməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, ölkəmizdə idmanın inkişafında və hər bir Azərbaycan vətəndaşının idman yarışlarında iştirak etməsində böyük rol oynayır. "Hesab edirəm ki, keçirilən bu turnir, şahid olduğumuz final yarışı "Yeni Azərbaycan" qəzeti, "Səs" İnformasiya Agentliyi və "Azərtac" Xəbər Agentliyinin kollektivinin peşəkar fəaliyyəti ilə yanaşı, həm də idmanla həvəskar səviyyəsində məşğul olduqlarını, sərbəst vaxtlarını idmanla keçirdiklərini göstərdi. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, keçirilən final turniri kifayət qədər maraqlı idi. Peşəkar olmasalar da oyunları ilə kifayət qədər yaxşı voleybolçu olduqlarını sübut etdilər. Mən bütün idman yarışında iştirak edənləri o cümlədən yarışın qaliblərini təbrik etmək istəyirəm. Yeni Azərbaycan Partiyası bundan sonra da ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yüksək tutaraq müxtəlif tədbirlərini davam etdirəcək",- deyə YAP icra katibi qeyd edib.

Digər xəbərlər