PDF Oxu

Əsas

  • 22

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş jurnalistlər arasında voleybol turnirinin mükafatlandırma mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş jurnalistlər arasında voleybol turnirinin mükafatlandırma mərasimi keçirilib
Dünən "Səs", "Yeni Azərbaycan" və "İki sahil" qəzetlərinin təşkilatçılığı və "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş media nümayəndələrindən ibarət komandalar arasında voleybol turnirinə yekun vurulub.
Siasport.az saytı xəbər verir ki, yarışın final mərhələsi Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Final matçından öncə turnirin üçüncü yerinin sahibi müəyyənləşib. "Mövqe" qəzetinin komandası oyuna gəlmədiyi üçün onlara texniki məğlubiyyət verilib. "Xalq qəzeti"nin komandası isə yarışın üçüncüsü olub. Final matçında "Səs" İnformasiya Agentliyinin (SİA) komandası AzərTAc-ın komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda AzərTAc 2:0 hesabı ilə qələbə qazanıb və turnirin kubokunu əldə edib. SİA isə ikinci yerə layiq görülüb.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları iştirak ediblər.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək qalib komandaları təbrik edib. O, jurnalistlərin informasiya sahəsində olduğu kimi idmanda da fəal iştirakının sevindirici hal olduğunu vurğulayıb. Bu yarışın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmasının Ümummilli liderin xatirəsinə ehtiram olduğunu vurğulayan Ə.Əhmədov turnirin təşkilatçılarına minnətdarlığını bildirib. O, Azərbaycanda bütün idmanda olduğu kimi, voleybol növünün də inkişaf etdiyini, bu sahədə böyük uğurlar əldə etdiyimizi bir daha önə çəkib. YAP-ın Sədr müavini növbəti illərdə də belə yarışların təşkil olunacağına ümidvar olduğunu deyib.
Daha sonra isə qaliblərə mükafatlar təqdim olunub. Üçüncü yerin qalibinə ("Xalq" qəzeti) YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı diplom və 500 manat pul mükafatı, 2-ci yerdə qərarlaşmış komandaya (SİA) YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov diplom və 1000 manat pul mükafatı, qalib komandaya (AzərTAc) isə YAP-ın Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov kubok, diplom və 1500 manat pul mükafatı təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər