PDF Oxu

Əsas

  • 23

"Biyiktik" nəşriyyatı görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın üçcildlik əsərlərinin nəşrinə görə "Altın Mukaba" Qran-prisinə layiq görülüb

"Biyiktik" nəşriyyatı görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın üçcildlik əsərlərinin nəşrinə görə "Altın Mukaba" Qran-prisinə layiq görülüb
Qırğızıstan paytaxtında "Kitab sənəti" illik respublika müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqə Ümumdünya Kitab və Müəllif Hüququ Gününə həsr edilmişdir. YUNESKO-nun Baş Konfransının qətnaməsinə əsasən 1995-ci ildən başlayaraq hər il aprelin 23-də qeyd edilən bu bayram Qırğızıstan hökumətinin "Kitab gününün müəyyən edilməsi haqqında" qərarına uyğun olaraq 2002-ci ildən qeyd edilir. Müsabiqəyə bədii, ictimai-siyasi, elmi, elmi-kütləvi və texniki nəşrlər, habelə ensiklopediyalar, sorğu kitabları, fotoalbomlar təqdim edilmişdir. "Biyiktik" nəşriyyatı görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın üçcildlik əsərlərinin nəşrinə görə "Altın Mukaba" Qran-prisinə və pul mükafatına layiq görülmüşdür. Müsabiqənin məqsədi milli kitab nəşrini populyarlaşdırmaq, kitab tərtibatı sənətini inkişaf etdirmək, kitabların illüstrasiya edilməsinə gənc və istedadlı dizaynerləri cəlb etməkdir. Nəşrlər müsabiqəyə yaradıcılıq ittifaqları, elmi idarələr, tədris müəssisələri, ictimai təşkilatlar, poliqrafiya müəssisələri və nəşriyyatlar tərəfindən təqdim edilmişdir. Mədəniyyət və İnformasiya Nazirliyində keçirilən mükafatların təqdim edilməsi mərasimində nazir Nurlanbek Şakiyev, yazıçılar, ictimaiyyətin nümayəndələri, naşirlər, kitabxana işçiləri iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Azərbaycan yazıçısı Mir Cəlalın üç cildlik əsərləri qırğız dilinə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə "Biyiktik" nəşriyyatı tərəfindən tərcümə edilmişdir. Bu barədə AzərTAc-a Fondun prezidenti Nüsrət Məmmədov məlumat vermişdir.

Digər xəbərlər