MDB ölkələri Sərhəd Komandanlarının görüşünün vaxtı bəlli oldu
Müstəqil Dövlətlər Birliyinin ( MDB) Sərhəd Qoşunları Komandanlarının görüşünün vaxtı bəlli olub. SİA-nın xəbərinə görə, SQ Komandanlarının birgə görüşü 21 aprel tarixində Aşaqabadda baş tutacaq. Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın Sərhəd Xidmətinin rəhbərlərinin iştirak edəcəyi görüşdə birgə təlimlərin keçirilməsi, transmilli cinayətkarlığa, qeyri-qanuni narkotiklərin və miqrasiyaya qarşı mübarizə üsullarının təkmilləşdirilməsi yolları müzakirə olunacaq.