Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfəri çərçivəsində türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində baş tutub. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ölkələr arasında əməkdaşlıq və Yaxın Şərqdə mövcud olan son hadisələr müzakirə olunub.