“İnkşafın Azərbaycan modeli" kitabının ictimai müzakirəsi keçirilib
Dünən Azərbaycan Respublikası Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu və Prezident Administirasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun redaktorluğu ilə işiq üzü görən "İnkşafın Azərbaycan modeli" kitabının ictimai müzakirəsi keçirilib.
SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynalxalq Münasibətlərin Araşdırılması Mərkəzi tərəfindən həyata keçirilən "QHT və medianın iştirakı ilə sosial məsələlərə dair ictimai debatların təşkili" layihəsi həyata keçirilib.
Tədbirdə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov, millət vəkilləri, aparıcı QHT və KİV rəhbərləri və MQF-nin prezidenti Rauf Zeyni iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov kitabın əhəmiyyətli olmasını diqqətə çatdırıb. Onun sözlərinə görə, Ramiz müəllim bu kitabı təkcə Azərbaycan üçün keçərli deyil, həm də bir nümunə kimi digər inkişaf etməkdə olan dövlələr tərəfindən istifadə edilə bilər. "Kitabin əsas ideyalarının daha da ictimailəşməsi zəruriyyətini nəzərə alaraq, vətəndaş cəmiyyəti inistitutu olaraq hörmətli Akademikin sosial-iqtisadi ideyalarını yayamaq və gələcək nəsillərə çatdırmaqdır". Tədbirdə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni bildirib ki, Ramiz Mehdiyevin kitabında iqtisadi məqamlara toxunularaq, mövcud iqtisadi potensialımızın əsas nəzəri detallarının təşkil edir: " Ümumilli lider Heydər Əliyevin yürütdüyü neft -qaz siyasəti ilə başlanan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi- inkişaf dünyada anoloquolmayan bir modeldir. Dünyanı bürüyən iqtisadi böhran Azərbaycana ciddi təsir edə bilmədi. Çünki ölkəmizə ona xaricdən sırınan modelləri qəbul etməyib. Ölkə prezidentinin komandası ilə yeni bir modelin əsasını qoydu və bu model ölkənin iqtisadi təhlükəsizliyini təmin etməkdədir".
Qeyd edək ki, tədbirdə iştirak edən Millət vəkilləri, aparıcı QHT və KİV rəhbərləri "İnkşafına Azərbaycan modeli" kitabının əhəmiyyətindən söhbət açıblar.