PDF Oxu

Əsas

  • 23

YAP İcra katibinin müavini: ATƏT dövlətlərə münasibətdə ikili standarları davam etdirir

YAP İcra katibinin müavini: ATƏT dövlətlərə münasibətdə ikili standarları davam etdirir
"İstər ATƏT, istər onun Bakı ofisi öz funksiyalarını yerinə yetirməlidir. Bu qurumun əsas vəzifələrindən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə məşğul olmaqdır. Amma bu vəzifə yerinə yetirilmir". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, bu qurumun Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Onun sözlərinə görə, ölkəmiz insan hüquqları və digər məsələlərlə bağlı öhdəlikləri hər zaman yerinə yetirir. "ATƏT dövlətlərə münasibətdə ikili standarları davam etdirir. Bu hal isə onun nüfuzuna ciddi zərbə vurur. Bir dövlətdəki problemlərə göz yumub, başqa ölkədəki məsələləri şişirdərək qərəzli mövqe bildirmək ATƏT-in artıq ciddi təşkilat olmadığını göstərir. ATƏT adi qeyri-hökumət təşkilatına çevrilməkdədir"- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər