Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşüb
Dünən "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşmüşdür.
İrina Calal Marini Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycan-Rumıniya əlaqələrindən danışmış, Rumıniyada Heydər Əliyev Fondunun nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirmişdir.
Azərbaycanın birinci xanımının Rumıniyaya səfərini xatırladan İrina Calal Marin Fondun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Qonaq nümayəndəlik tərəfindən Rumıniyadakı kolleclərdən birinin kompyuter və digər avadanlıqla təchiz edildiyini ölkələrimiz arasında olan sıx əməkdaşlığın nümunəsi olduğunu demişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Paris şəhərinin yeddinci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşüb
Dünən "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Paris şəhərinin yeddinci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşmüşdür.
Qonağı Bakıda görməkdən məmnun olduğunu deyən Mehriban xanım Əliyeva Forumda iştirakına görə Rəşidə Datiyə təşəkkürünü bildirmişdir.
Azərbaycanın birinci xanımı Rəşidə Datinin tədbirdəki çıxışının maraqlı və məzmunlu olduğunu demişdir. Azərbaycana dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Avropa Parlamentinin üzvü Bakı Forumunda keçirilən müzakirələrdə iştirak etməkdən məmnun olduğunu vurğulamışdır. Qonaq Mehriban xanım Əliyevanın qadınların cəmiyyətdə rolunun təşviqi sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Gürcüstan-Azərbaycan Dostluq Evi"nin rəhbəri Giuli Alasaniya ilə görüşüb
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, "Gürcüstan-Azərbaycan Dostluq Evi"nin rəhbəri Giuli Alasaniya ilə görüşmüşdür.
Qonağı Bakıda salamlayan Azərbaycanın birinci xanımı Giuli Alasaniyanın Ümumdünya Foruma qatılmasından məmnun olduğunu bildirmişdir.
Mehriban xanım Əliyeva Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən birgə layihələri qeyd etmiş, bu layihələrin ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyini demişdir. Bakıya tez-tez səfər etdiyini deyən Giuli Alasaniya ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimad və hörmətə söykəndiyini bildirmişdir. Qonaq Bakıda keçirilən Forumun mədəniyyətlərarası dialoqa töhfə olacağına əminliyini ifadə etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşüb
Dünən "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür. Koişiro Matsuuranı yenidən Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulamışdır. Mehriban xanım Əliyeva Bakının artıq beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini demişdir. Azərbaycanın birinci xanımı YUNESKO-nun keçmiş baş direktoru ilə görüşlərini və Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun Forumda iştirakının önəmini vurğulamışdır.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın genişləndirilməsində Forumun əhəmiyyətini qeyd etmişdir. 2009-cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənliklərin onda böyük təəssürat yaratdığını demişdir. Qonaq Bakıya sonuncu səfərindən sonra paytaxtımızın daha da gözəlləşdiyini vurğulamışdır
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşüb
Dünən "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşmüşdür. Forumda iştiraka görə Zilya Valeyevaya təşəkkürünü bildirən Azərbaycanın birinci xanımı Bakı forumunda maraqlı müzakirələrin aparıldığını, mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində bir çox dəyərli təkliflərin səsləndiyini demişdir. Mehriban xanım Əliyeva ilə görüşməkdən məmnun olduğunu deyən Tatarıstanın Baş nazirinin birinci müavini Forumda mədəniyyətlərarası dialoqun təbliği, gender bərabərliyi və digər məsələlərə dair maraqlı çıxışları qeyd etmişdir. Qonaq vurğulamışdır ki, Bakı Forumu hələ bir çox məsələlər üzərində işləməyin vacibliyini nümayiş etdirmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva İSESKO-nun baş direktorunu Bakıda yenidən görməkdən məmnun olduğunu demişdir. Azərbaycanın birinci xanımı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun müsbət nəticələri olacağına əminliyini ifadə etmişdir. Mədəniyyətlərarası dialoqa dair müzakirələrin vacibliyini qeyd edən İSESKO-nun baş direktoru forumun yüksək səviyyədə təşkilini vurğulamışdır. Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan ilə İSESKO arasında sıx əlaqələrdən danışmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə görüşüb
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə görüşmüşdür. Qonağı Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulamışdır. Azərbaycanın birinci xanımı forumda keçirilən diskussiyaların, səslənən fikirlərin bir çox məsələlərin həllinə yardım edəcəyinə əminliyini bildirmişdir.
Forumda iştirak etmək üçün Bakıya dəvət edildiyinə görə təşəkkürünü bildirən Anna Marie Lizin Azərbaycan ilə Belçika parlamentləri arasında əməkdaşlığın daha da möhkəmlənməsini arzulamışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşüb
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Svetlana Orlovanı Azərbaycanda görməkdən məmnun olduğunu demişdir. Azərbaycanın birinci xanımı Svetlana Orlovaya dəvəti qəbul edib Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirmişdir. Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayan Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini keçirilmiş müzakirələrin böyük maraq doğurduğunu demişdir. Qonaq müasir dünyada gender problemlərinin həllinin vacibliyini qeyd etmişdir. Svetlana Orlova sürətlə inkişaf edən Bakı haqqında təəssüratlarını da bölüşmüşdür.