PDF Oxu

Əsas

  • 23

“İşğalın nəticələrini aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır"

“İşğalın nəticələrini aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır"
"ATƏT-in qiymətləndirmə missiyasının işğal olunmuş ərazilərimizdə araşdırmalar aparması müsbət haldır. Belə bir missiyanın hər dəfə bölgəyə gəlişi və əldə etdiyi məlumatlar Ermənistanın beynəlxalq təşkilatlar səviyyəsində ifşa olunması baxımından əhəmiyyətlidir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, missiyanın hesabatında Ermənistanın işğalçılıq siyasətini göstərən faktlar əksini tapıb. Onun sözlərinə görə, qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə dağıdılmış yaşayış məntəqələrinin, bütövlükdə Azərbaycana vurulmuş ziyanın şahidi olub. Bu baxımdan, missiyanın fəaliyyət göstərməsi bütün hallarda beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın işğalı ilə əlaqədar yeni-yeni faktları aşkara çıxarmasına köməklik göstərir. Bununla belə, YAP İcra katibinin müavini hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə münasibət hesabatlarla, bəyanatlarla yekunlaşmamalı və konkret işlərlə tamamlanmalıdır. M.Qurbanlının sözlərinə görə, təcavüzkar və onu himayə edənlərə birmənalı şəkildə münasibət göstərilməlidir. "Hazırda dünya siyasətində qəribə proses gedir. Dünyada ikili standartları açıq şəkildə müşahidə etməkdəyik. Bir tərəfdən bu və ya digər ölkələrə qarşı koalisiya yaradılaraq həmin ölkələrə hərbi müdaxilədən çəkinmirlər. Digər tərəfdən, təcavüzkar şirnikləndirilir və yaxud da təcavüzkara hansısa formada təzyiqlər göstərilmir. 20 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə bütün mədəni-tarixi abidələr dağıdılıb, təbii sərvətlər talan olunub, infrastrukturlar məhv edilib. Bütün bunların fonunda biz beynəlxalq təşkilatların - BMT-nin, ATƏT-in və digər qurumların ermənilərin işğalına ciddi və əsaslı şəkildə reaksiya vermədiyini görürük. Bu hadisələr haqqında beynəlxalq təşkilatlar Azərbaycan tərəfindən məlumatlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyası, həyata keçirdiyi siyasət ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Amma hələ də aparıcı dövlətlərin, xüsusilə həmsədrlərin qətiyyətli mövqeyini görmürük. Bu bizi çox təəssüfləndirir və Azərbaycan xalqında haqlı narazılıq yaradır, beynəlxalq təşkilatlara inamı sarsıdır", - deyə M.Qurbanlı vurğulayıb.

Digər xəbərlər