PDF Oxu

Əsas

  • 26

Gənclər azərbaycanlıların soyqırıma məruz qalması faktının dünyaya tanıdılmasında əhəmiyyətli işlər görür

Gənclər azərbaycanlıların soyqırıma məruz qalması faktının dünyaya tanıdılmasında əhəmiyyətli işlər görür
"Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar nəticəsində onminlərlə insan qətlə yetirilib. Təkcə 1918-ci ildə deyil, 1905-1907-ci illərdə, 1992-ci ildə də ermənilər xalqımıza qarşı misli görünməmiş vəhşiliklə qətliamlar törədiblər. Yəni, ermənilər Azərbaycan xalqına qarşı, dinc insanlara qarşı çox qəddarlıqla, vəhşicəsinə soyqırım həyata keçiriblər". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamına əsasən hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur: "Bu qərar tarixi sənəddir və çox böyük əhəmiyyətə malikdir. Həmin qərarla bu tarix rəsmi olaraq qeyd olunmağa başladı və Ulu öndərimizin tapşırığı əsasında o dövrün araşdırılmasına, yazılmasına başlanıldı. Bu tarixin ən real sübutları faktlarla üzə çıxdı. Azərbaycanlıların soyqırımı ilə bağlı elmi məqalələr, kitablar çap olunur, filmlər çəkilir. Bütün bu sənədlər dünyada yayılır. Təbii ki, görülən işlər nəticəsində ermənilər bütün dünyada ifşa olunur". Qubada aşkar olunan toplu məzarlıqların ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımını faktlarla göstərən nümunə olduğunu bildirən Seymur Orucov deyib ki, Quba məzarlığı ilə bağlı soyqırım muzeyi yaradılması haqqında qərar var: "Çox önəmli bir iş olardı ki, biz xaricdən olan qonaqlarımıza faktları göstərə bilək. Quba məzarlığını görmək kifayət edər ki, ermənilərin necə vəhşiliklə soyqırım torətdiklərini anlayasan. 31 Mart hadisələrinin dünyaya çatdırılması, yayılması vacibdir. Bumənada soyqırımla bağlı dünyanın müxtəlif ölkələrində aksiyaların keçirilməsi, tanıdılma istiqamətində gənclərimiz işlərini daha da sürətləndirir".

Digər xəbərlər