PDF Oxu

Əsas

  • 19

"Müxalifət qüvvələrinin əsas məqsədi ara qarışdırmaq və təxribat yaratmaqdır"

"Müxalifət qüvvələrinin əsas məqsədi ara qarışdırmaq və təxribat yaratmaqdır"
"Azərbaycanın nə gəncliyi, nə sadə insanları, nə də bütövlükdə cəmiyyəti ölkədə aksiya keçirmək istəyən bəzi siyasi qüvvələri dəstəkləmir. Müxalifət qüvvələrinin məqsədi ancaq ara qarışdırmaq və təxribat yaratmaqdır". Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin növbəti aksiyalar keçirmək niyyətinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mitinq iştirakçıları hüquq-mühafizə orqanlarına qarşı təhqiramiz hərəkətlər etməklə onları təxribata çəkmək istəyirlər. Bütün bunların məqsədli şəkildə həyata keçirildiyini deyən millət vəkilinin fikrincə, müxalifətçilər xaricdən aldıqları pulların əvəzində göstərmək istəyirlər ki, başları yarılıb, burunları qanayıb və sairə. "Onların əsas məqsədi odur ki, Azərbaycan haqqında ancaq mənfi imic yaradılsın. Bunlar azlıq təşkil edirlər, sosial bazaları yoxdur. Araşdırma apardıqda görürük ki, bu aksiyalara qoşulanlar ancaq özlərinin qohum-əqrəbası, yaxın ətrafıdır. Onlardan başqa heç bir gənc bu aksiyalara qoşulmur. İstər qanunu pozduğuna görə məsuliyyətə cəlb olunanlar, istərsə də iştirakçıların hamısı ana, ata, oğul, qohum-əqrəba, partiya aparatında işləyən adamlar və bəzi müxalif qəzetlərdə çalışan jurnalistlərdir. Halbuki jurnalist birtərəf olmalı və tərəfsiz informasiya yaymalıdır", - deyə o əlavə edib.

Digər xəbərlər