Yeni Azərbaycan Partiyası hümanizm prinsiplərini daim yüksək tutur
Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Novruz bayramı münasibətilə Bakı və paytaxtətrafı rayonlardakı aztəminatlı, kimsəsiz, əlil, şəhid ailələrinin bir qrupuna bayram sovqatı aparıb. Novruz bayramı münasibəti ilə bu qəbildən olan ailələrə bayram sovqatlarının paylanmasında Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və gənclər birliyin üzvləri iştirak ediblər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov həyata keçirilən bu humanizm aksiyasının artıq partiyamız tərəfindən ənənəvi olaraq davam etdirildiyini bildirdi. Qeyd etdi ki, bayram sovqatı Bakı və paytaxətrafı rayonlarda yaşayan 60-a yaxın ailə üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bayram zənbilində yağ, qənd, çay, düyü, ət, toyuq əti, meyvə və digər qida məhsulları var.
"Dövlətimiz hər zaman sosial layihələri daha öndə tutub və biz də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq aparılan siyasətə dəstək olaraq sosial yönümlü fəaliyyətimizi artırırıq. Burada əsas məqsədimiz odur ki, partiya olaraq kimlərəsə müəyyən dərəcədə faydamız toxunsun. Bu aksiya Bakının bütün rayonlarını əhatə edəcək. Kimin ən çox ehtiyacı varsa, onlara kömək etməyi nəzərdə tutmuşuq. Dövlət hər zaman kimsəsiz, aztəminatlı ailələlərə öz qayğısını göstərir. Biz də partiya gəncləri olaraq buna dəstək üçün bayram aksiyasını həyata keçiririk. Növbəti ildən isə bayram ərəfəsində belə aksiyaları bölgələrdə də təşkil etməyi və orada yaşayan ailələri də sevindirməyi nəzərdə tuturuq", - deyə S.Orucov əlavə edib.
İlk öncə YAP-ın Mərkəzi Qərargahında Binəqədi rayonundan olan kimsəsiz ailələrə bayram sovqatları təqdim olunub. Daha sonra isə digər rayonlar üzrə ailələrə sovqatların paylanmasına başlanıb.
YAP Gənclər Birliyi Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Arzu Əzizovaya bayramı sovqatını onun öz evində təqdim etdi. YAP Sabnçu rayon təşkilatının Gənclər Birlyinin sədri Rəşad Abasəliyev A.Əziovanı milli bayramımız olan Novruz bayramı münasibəti ilə təbrik edərək, ənənəvi olaraq partiyamızın həyata keçirdiyi bu cür hümanist prinsiplərin məhz aztəminatlı ailələr tərəfindən yüksək qiymətə layiq görüldüyünü bildirdi.
A.Əzizova da, önun ailəsinə göstərilən bu cür yardıma görə təşəkkürlərini çatdırdı. Qeyd etdi YAP həmişə onun ailəsinin sosial durumunu nəzərə alaraq onlara daima diqqət və qayğı göstərib.
YAP Gənclər Birliyi tərəfindən bayram sovqatı ilə evində təbrik olunan Sabunçu rayon Balaxanı qəsəbə sakini Leyla İsayeva YAP-ın onlara ənənəvi formada yardımlar etdiyini sosial problemlərinin həllində köməkliklər etdiyini diqqətə çatdırdı. L.İsayeva YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın onun ailəsi ilə yaxından maraqlandığını və öz diqqətini əsirgəmədiyini də söylədi.
Sabunçu rayon Sabunçu qəsəbəsində yaşayan Rəhilə Əliyeva da YAP Gənclər Birliyinin Novruz bayramı sovqatı alan ailələri sırasında idi. R.Əliyeva YAP rəhbərliyinin onlara diqqət göstərdiyini və sosial məsələlərinin həllində yaxından köməkliklər etdiklərini bildirdi.
YAP-ın bayram sovqatı ilə təbrik olunan Sabunçu rayon Bakıxanov qəsəbəsində yaşayan Əzim Ömərov da, dövlətimizin onları hər zaman diqqətdə saxladığını və həmişə yardımlar edildiyini bildirdi. Qeyd etdiki, YAP-la yanaşı Sabunçu rayon icra hakimiyyəti tərəfindən də, onların sosial və digər məsələlərinin həlli üçün köməkliklər edilib.
Suraxanı rayon Qaraçuxur qəsəbəsində yaşayan gözdən əlil Ülkər Atəş də YAP Gənclər Birliyinin bayram sovqatı ilə təbrik edildi. Ü.Atəşini də öz evində YAP gəncləri adından təbrik edən Rəşad Abasəliyev ölkəmizdə aztəminatlı, şəhid ailələrə, yardımların edildiyini bildirdi. Qeyd etdi YAP Gənclərinin bu hümanist aksiyada yaxından iştirak etməsi xüsusi əhəmiyyət malikdir. Ona görə də, YAP-ın Gənclər Birliyi aztəminatlı ailələrə gedərək, onları təbrik etməsi təqdirəlayiq bir haldır.