PDF Oxu

Əsas

  • 26

Dövlətimiz bütün təbəqədən olan vətəndaşlara diqqətvə qayğı ilə yanaşır

Dövlətimiz bütün təbəqədən olan vətəndaşlara diqqətvə qayğı ilə yanaşır

YAP rəhbərliyi Novruz bayramı münasibət ilə Mərdəkandakı 2 saylı internat məktəbinin sakinlərini ziyarət edib

Dünən Yeni Azərbaycan Partiyasının rəhbərliyi Novruz bayramı münasibəti ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 2 saylı Yetim və Valideyn Himayəsində Məhrum Uşaqlar üçün internat məktəbində olub. Novruz bayramı münasibəti ilə uşaqların görüşünə gələn Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov, millət vəkilləri Hadı Rəcəbli, Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov milli bayramımız münasibəti ilə öz təbriklərini çatdırdılar. Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibəti ilə uşaqları təbrik etdi. Bildirdi ki, ölkəmizdə bütün qəbildən olan insanlar, xüsusən də, uşaqlar, valideyn himayəsindən məhrum olmuş körpələr üçün yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ə.Əhmədov dövlətimizin həyata keçirdiyi bütün uğurlu işlərin gələcəyimiz olan körpələrin sağlam böyüməsi və gənclərimizin öz həyatlarını daha etibarlı formada təmin etməsinə yönəldiyini vurğuladı. Qeyd etdi ki, ölkəmizdə həyata keçirilən bütün işlər, məhz gələcəyimizin daha möhkəm və sağlam təməllər üzərində qurulmasına hesablanıb. Ulu Öndərimiz Heydər Əliyevin də həmişə uşaqlara böyük sevgi ilə yanaşdığını bildirən İcra katibi Prezident İlham Əliyevin ölkəmizdə sağlam nəsilin formalaşması, onların sosial qayğılarının həlli istiqamətində vacib addımlar atdığını söylədi. Ə.Əhmədov bu gün müstəqil və müasir Azərbaycanın əsas qarantının gənclərdən ibarət olduğunu və bu sahəyə dövlətin xüsusi diqqətinin daha da artdığını da diqqətə çatdırdı. "Yeni Azərbaycan Partiyası həmişə humanist prinsipləri əsas tutaraq ənənvi qaydada uşaq evlərində, internat məktəblərində, qocalar evində məskunlaşmış vətəndaşlarımızın ziyarətinə getməyi özünə mənvi borc bilir. Çünki bu böyük və güclü partiyanın əsas amalı xalqımızın bütün təbəqələrindən olan insanlara yüksək səviyyədə xidmət etməkdən, onalara hərtərəfli qayğı göstərmək ibarətdir. Elə bu zərurətdən də, partiyamızın, ənənəvi olaraq bütün bayramlarda, mötəbər günlərdə uşaq və kimsəsizlər evlərini ziyarət etməsi, orada olan vətəndaşlarımızla ünsiyyətdə olması daha məqbul bir vəzifə kimi müəyyənləşib" deyən Ə.Əhmədov ölkəmizdə hər bir körpənin, hər bir uşağın, hər bir gəncin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.
Daha sonra YAP İcra katibi və qonaqlar internat evində uşaqlar üçün yaradılan şəraitlə onların dərs, yataq və istirahət otaqlarını gəzdilər. Yaradılmış şəraitdən məmnunluğunu ifadə edən Ə.Əhmədov burada gələcəyimiz üçün daha sağlam və savadlı kadrların yetişməsi üçün bütün imkanların olduğunu dilə gətirdi.
Yeni Azərbaycan Partiyasının internat evinin sakinləri üçün hədiyyələri də uşaqlara təqdim edildi.

Digər xəbərlər