PDF Oxu

Əsas

  • 22

Bakı müasirləşən və inkişaf edən paytaxta çevrilir

Bakı müasirləşən və inkişaf edən paytaxta çevrilir
"Son illər respublikamızda aparılan iqtisadi, hüquqi, sosial islahatlar, nəhəng abadlıq-quruculuq işləri əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın hərtərəfli inkişaf strategiyasının gündəlik həyatımızda öz təsdiqini tapmasıdır və bu həqiqət zaman keçdikcə həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar tərəfindən etiraf olunmaqdadır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, eləcə də, ölkəmizin paytaxtı Bakı şəhərində aparılan nəhəng quruculuq işləri şəhərin mərkəzi rayonlarından olan Nəsimi rayonunda da uğurla aparılmaqdadır". Bu fikirlər Nəsimi rayon icra hakimiyyətində keçirilən toplantıda da respublika Prezidenti İlham Əliyevin Sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirə ilə bağlı toplantıda səsləndi.
Ölkəmizdə davam edən inkişaf tendensiyasının Bakının Nəsimi rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərdiyini vurğulayan icra hakimiyyətinin başçısı N.Məhəməliyev bildirdi ki, ötən il rayonda ilin yekunlarına görə sənaye müəssisələri üzrə ümumi məhsul buraxılışının həcmi 907250,2 min manat, sənaye məhsulunun həcmi 106412,7 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 286753,3 min manat olubdur: "2010-ci ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 640960,8 min manat olubdur ki, bu da keçən illə müqayisədə 0,8 faiz artım deməkdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə ötən illə müqayisədə 15,1 faiz artaraq 608403,7 min manata çatıbdır. Həmçinin, ötən ildə əhalinin orta aylıq əmək haqqı ötən illə müqayisədə 12,7 faiz artaraq 365,8 manat olub".
Natiq onu da vurğuladı ki, ötən ilin ölkəmizdə "Ekologiya ili" elan edilməsi ilə bağlı rayonun H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələri, "Vaqif", "Azadlıq", "Neftçilər", "Tbilisi" prospektlərində, mikrorayon ərazisindəki məhəllələrdə, mövcud park və bağlarda, ümumilikdə, 25000 yaxın ağac və dekorativ gül kolları əkilmiş, rayon ərazisində yeni-yeni yaşıllıq zolaqları salınmışdır. Təşkil edilən iməciliklərdə 10000 artıq rayon sakini iştirak etmişdir. Bakıxanov küçəsi, 643-cü məhəllədə Nəsimi rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisinə başlanılmış və hal-hazırda tikinti işləri davam etdirilir. Rayon ərazisində dağ yəhudiləri icması üçün sinaqoqun tikintisinə başlanılmış, Hacı Əjdərbəy məscidinin (Göy məscid) yeni korpusunun inşasına başlamaq üçün hazırlıq işləri başa çatdırılmışdır. Ötən ildən təmirinə başlanılmış "Zabitlər" parkında aparılan yenidənqurma və abadlıq işləri tamamlanmaq üzrədir. Bakıxanov küçəsində yerləşən parkda müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi ucaldılmış, abidənin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılmışdır. Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində yerləşən piyada keçidində başlanılmış əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Hər üç tədbirin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edibdir".
Nəsimi rayon icra hakimiyyətinin başçısı onu da bildirib ki, rayon ərazisində 38 təhsil müəssisəsi, o cümlədən, 29 ümumtəhsil məktəbi, 2 xüsusi məktəb, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Atatürk liseyi və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 44 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. N.Məhəməliyev ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsində keçən il Nəsimi rayonunun 5, 164 saylı orta məktəbləri və 13 nəfər müəllim həmin qaliblər sırasında olublar. 5 oktyabr Müəllimlər Günü ərəfəsində isə ölkə Prezidentinin Sərəncamı ilə bir nəfər müəllim "Tərəqqi" medalı ilə təltif edilib: "Həmçinin, 115 saylı körpələr evi-uşaq bağçası üçün yeni iki mərtəbəli korpus tikilərək istifadəyə verilmiş, 76 saylı körpələr evi-uşaq bağçasında və eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılır. Onu da qeyd edim ki, ötən il məktəblərin maddi-texniki bazası daha da möhkəmlənmiş, məktəblərin kompyüterləşməsi işləri davam etdirilmiş, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı işlər başa çatdırılmışdır. Xüsusi olaraq, vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010/2011-ci tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilmiş, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilmişdir".
Tədbirdə çıxış edənlər bundan sonra da cənab Prezitentin yürütdüyü siyasətin həyata keçirilməsi yolunda var qüvvələri ilə çalışacaq, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Digər xəbərlər