PDF Oxu

Əsas

  • 21

Heydər Əliyev Fondu YUNİSEF-lə əlaqələrini genişləndirir

Heydər Əliyev Fondu YUNİSEF-lə əlaqələrini genişləndirir
Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb. Mehriban xanım Əliyeva YUNİSEF ilə birgə həyata keçirilən layihələrin uğurla icra olunduğunu bildirib. Birgə əməkdaşlıq çərçivəsində ana südü ilə qidalanma və anemiyanın profilaktikası, həmçinin məhdud fiziki imkanlı uşaqlara xüsusi qayğı ilə bağlı həyata keçirilən layihələrin davamını müsbət qiymətləndirib. Görüşdə yaxın gələcəkdə bu mövzuda keçiriləcək beynəlxalq konfransa hazırlıq və təklif olunan digər layihələr müzakirə olunub.

Digər xəbərlər