Tatarıstan Prezidenti Azərbaycana səfərə gəlib
Dünən Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda Tatarıstan Respublikasının Prezidentini Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və iqtisadi inkişaf naziri Şahin Mustafayev qarşıladılar.