PDF Oxu

Əsas

  • 15

YAP Səbail rayon təşkilatında Heydər Əliyev Məktəbi fəaliyyət göstərəcək

YAP Səbail rayon təşkilatında Heydər Əliyev Məktəbi fəaliyyət göstərəcək
Dünən YAP Səbail rayon təşkilatında Heydər Əliyev Məktəbinin fəaliyyətə başlaması ilə əlaqədar rayonun gənclərinin, partiya fəallarının iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon gənclər birliyinin sədri Rəşad Fərəcov bildirdi ki, bu məktəbin fəaliyyətə başlaması Ulu Öndərin bioqrafiyasının, elmi irsinin öyrənilməsi ilə bağlıdır: "Heydər Əliyev Məktəbinin gənclərə aşılanması mühüm və vacib amillərdəndir.
Burada tanınmış ictimai-siyasi xadimlər Yeni Azərbaycan Partiyasında uzun illərdir fəaliyyət göstərən tanınmış şəxslər öz mühazirələrini reallaşdıracaqlar".
Eyni zamanda, R.Fərəcov bildirdi ki, mühazirələrdə iştirak edəcək gənclər və fəallar Səbail rayon partiya təşkilatı tərəfindən nəzarətə götürüləcək, onlara siyasi şurada, idarə heyətində və partiyanın digər sahələrində işləmələri, fəaliyyətləri təmin ediləcəkdir: " Mühazirələr hər ayın sonlarında keçiriləcək və bu kurslarda aşılanan fikirlər gənclərimizin həyatında böyük rol oynamaqla yanaşı, müvəffəqiyyət qazanmalarına da töhfə, fayda olacaqdır".
Sonra söz ilk mühazirənin keçirilməsi üçün YAP Səbail rayon təşkilatının sədri, tanınmış elm xadimi, professor Zahid Qaralova verildi. Mühazirənin ilk dinləyicilərini salamlayan Zahid Qaralov vurğuladı ki, bu, önəmli hadisənin reallaşdırılması çox vacib amillərdən biri kimi hesab olunmaqdadır. O, eyni zamanda, bu kursların partiyanın Səbail rayon təşkilatının yeni binasında keçirilməsinin də əhəmiyyət daşıdığını qeyd etdi: "Siz gənclər bu məktəbin ilk dinləyicisiniz. Burada Ulu Öndər Heydər Əliyevin sürdüyü şərəfli, ləyaqətli və iradəli həyatı, bu həyatın önəmli hadisələri barədə dinləmələr keçiriləcək. Onun bənzərsiz bioqrafiyası gənclərimizə və burada iştirak edən hər bir insana aşılanacaq".
Zahid Qaralov Ümummilli Lider Heydər Əliyev haqqında 32 cilddə nəşr olunan kitablar barədə söhbət açarkən, qeyd etdi ki, bu kitablarda Ulu Öndərin yalnız həyat bioqrafiyası deyil, eləcə də, Prezidentlik dövründə verdiyi əhəmiyyətli qərar və sərəncamları yer alıb. Daha sonra təşkilat sədri Ulu Öndərin Yeni Azərbaycan Partiyası haqqında söylədiyi və "Qızıl üçlük" kimi qəbul olunan bənzərsiz kəlamını da xatırladaraq, bildirdi ki, Yeni Azərbaycan Partiyası keçmişimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır: "Heydər Əliyev ideyaları bu gün partiyamızın fəaliyyətində önəmli rol oynayır və bu ideyaların gənc nəslə aşılanmasında keçirəcəyimiz mühazirələrin böyük əhəmiyyəti olacaq".

Digər xəbərlər