PDF Oxu

Əsas

  • 19

"Ölkəmizdə korrupsiyaya qarşı mübarizə daimi xarakter daşıyır"

"Ölkəmizdə korrupsiyaya qarşı mübarizə daimi xarakter daşıyır"
Azərbaycan demokratik ölkədir və bizim ölkəyə Yaxın Şərqdə və ümumiyyətlə ərəb ölkələrində baş verən hadisələrin təsiri yoxdur. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın iqtisadi inkişaf modelindən başlamış mentallığımıza qədər bizim ərəb ölkələrindən fərqimiz var. Bu gün bəzi dairələrin baş verən hadisələrlə bağlı müəyyən tezislər irəli sürməsi və guya bu hadisələrin Azərbaycanda da təkrar olunacağı ilə bağlı fikirlər səsləndirilməsi təmamilə əsassızdır, faktlara və məntiqə söykənmir. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin ərəb ölkələrində baş verən hadisələrlə bağlı olmadığını deyən M.Qurbanlı bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə daimi xarakter daşıyır: "Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti korrupsiya ilə bağlı fikirlərini deyəndə ərəb ölkələrində heç bir hadisə baş verməmişdi".

Digər xəbərlər