PDF Oxu

Əsas

  • 24

Azərbaycan Dillər Universitetinin mətbuat xidməti 2 yaşını qeyd etdi

Azərbaycan Dillər Universitetinin mətbuat xidməti 2 yaşını qeyd etdi
Dünən Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 2 illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, kütləvi informasiya vasitələrinin rəhbərləri də iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov mətbuatın ictimaiyyətdə roluna toxunub. O, qeyd edib ki, iki il ərzində ADU-nun mətbuat xidməti artıq tanınır və KİV-lə səmərəli əməkdaşlıq edir: "Bu gün Azərbaycan Dillər Universitetinin mətbuat xidməti daim olaraq ictimaiyyət üçün açıqdır. Mətbuat həyati məna kəsb etdiyi üçün universitetlərin də ictimaiyyətlə əlaqədar şöbəsi KİV-siz yaşaya bilməz. Biz də bunu özümüzə prioritet seçmişik. Biz düz yoldayıq və işimizi düzgün təşkil etmişik. Eyni zamanda mübaliğəsiz bildirmək istərdim ki, ali təhsil ocaqları içərisində ADU-nun mətbuat xidməti öndə gedir". Daha sonra ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova iki il ərzində xidmət tərəfindən görülən işlər barəsində geniş məlumat verib. Eyni zamanda Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yazıçılar Birliyinin katibi Rəşad Məcid S.Seyidova üzvlük vəsiqəsini təqdim edib. Tədbirin sonunda isə Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ilə fəal əməkdaşlıq edən KİV nümayəndələrinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Həmçinin təqdimetmə mərasimində mükafat alan KİV-lərin içərisində ADU-nun fəaliyyətinin, həyata keçirilən islahatların mütəmadi olaraq işıqlandırılmasına və universitetlə davamlı əməkdaşlığa görə "ADU-nun fəaliyyətini ən yaxşı işıqlandıran İnformasiya agentliyi" nominasiyası üzrə "Səs" İnformasiya Agentliyi, "ADU-nun fəaliyyətini ən yaxşı işıqlandıran İnformasiya agentliyi müxbiri" nominasiyası üzrə isə "Səs" İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərova təltif edilib.

Digər xəbərlər