Radikallara dərnək adı da düşmür
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının mətbuata verdiyi son dərəcə dolğun və özündə real həqiqəti əks etdirən açıqlamaları nədənsə radikal müxalifət düşərgəsi daxilində qıcıqlanmalara səbəb olub.
İcra katibinin müavinin irəli sürdüyü arqumentlərə əsasən, "Azərbaycanda dialoq mühiti mövcuddur və bu gün Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Lakin bəzi partiyalar var ki, onlar seçkilərdə uğursuzluqlara düçar olublar və o partiyalar da cəmiyyətdə fəaliyyətlərini davam etdirirlər."
Millət vəkili Mübariz Qurbanlı daha sonra vurğulayıb ki, əgər hər hansı bir siyasi təşkilat xalq qarşısında öz etimadını doğrultmayıbsa, demək, siyasətdən kənar fəaliyyətlə məşğul olmalıdır. Daha dəqiq desək, siyasi təşkilatdansa, dərnək kimi daha çox xeyir verməlidir. Və nədənsə YAP İcra katibinin müavininin haqlı sözləri Müsavat və AXCP (i) funksionerlərini narahat etməklə təşvişə salıb. Özü də elə dəyib ki, diz çöküb ağlamağa başlayıblar ki, bəs bizim təşkilatlar dərnək təşkilatları deyil, "siyasi təşkilatlardır". Məsələn, Müsavatın başqan müavini Tofiq Yaqublu "inandırmağa" cəhd edir ki, Müsavat dərnək kimi də fəaliyyət göstərsə, yenə də partiya kimi qəbul oluna bilər(?!) Deyəndə ki, bu adamların, həqiqətən də, nə siyasi, nə də ki, elmi savadları var, deyirlər ki, yox, bu, belə deyil. Yaxşı bəs necədir? Əgər partiyaları partiya olsaydı, yuxarıda dediyimiz kimi az-çox elektoratı-filanı olmazdı. Ancaq elektoratlarını qoyaq bir tərəfə, bunların yerlərdə heç düz- əməlli resursları da yoxdur. Üstəlik, istefaların da ki, ardı-arası kəsilmək bilmir. Ona görə də təşkilatları mərhum aktyorumuz Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş dərnəyə çevrilib.
AXCP (i) -nin sədr müavini Fuad Qəhrəmanlının da bu barədə nə isə danışmağa, ümumiyyətlə, heç bir haqqı yoxdur. Çünki AXCP (i) deyilən qeyri-təşkilat heç dərnək təşkilatına da aid ola bilməz. Oranı əxlaqsızlıq yuvası və mavi rəngə meyillənmişlərin "sığınacaqları", eləcə də, narkomanların tinləri, yaxud da fərarilərin qaçacaq yeri kimi adlandırsaq, daha məqsədəuyğunluq olar. Narkoman demişkən, sən demə bu dərnəyin Sumqayıt şəhər kontorundan da təzə narkoman çıxdı. Bu, adı ictimaiyyət üçün elə də vacib olmayan Savalan soyadlı "zəhərlənmiş" gəncdir ki, cibindən narkotik maddə çıxdı.