PDF Oxu

Əsas

  • 17

Milli etalonlar iqtisadiyyatın tələblərinə uyğun seçilir

Milli etalonlar iqtisadiyyatın tələblərinə uyğun seçilir
Dünən Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən ənənəvi mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ötən ildə görülən işlər barədə açıqlama verdi.
Standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və sənaye mülkiyyətinin mühafizəsi sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması, maddi-texniki bazanın genişləndirilməsi məsələlərindən danışan komitə sədri qeyd etdi ki, bu sahələri əhatə edən bir neçə normativ sənəd hazırlanmışdır: "Ölkə iqtisadiyyatının Avropa standartlarına keçidinin təmin olunmasının zəruriliyini nəzərə alan komitə Azərbaycan hökuməti adından Avropa Standartlaşdırma Komitəsinə edilən müraciətə əsasən SMPDK qurumun müşahidəçi üzvü seçilmişdir. Azərbaycanın ÜTT-yə daxil olunması ilə əlaqədar həmin təşkilatın "Ticarətdə Texniki Maneələr" Sazişində qeyd edilən normativlər haqqında göndərilmiş bildirişlər əsasında Məlumat Mərkəzi və Bildiriş Orqanı yaradılıbdır. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi məqsədi ilə respublikamızda Kodeks Alimentarius standartlar toplusunun tətbiqi ilə bağlı Milli Kodeks Alimentarius Komitəsi yaradılmış, fəaliyyət planı hazırlanmışdır. Artıq bu sahədə bir neçə standart Azərbaycanın standartı kimi təsdiqlənmişdir".
Komitə sədri, həmçinin, onu da bildirdi ki, komitənin tabeçiliyində olan Azərbaycan Standartlar İnstitutu tərəfindən 37, o cümlədən, ümumi təmayüllü 10, neft və neft məhsulları və onların təyini metodlarına aid 8, maşınqayırma üzrə 4, ət və süd emalı məhsullarına aid 11, yüngül sənaye məhsullarına aid 4 normativ sənəd hazırlanmışdır: "Ümumilikdə, beynəlxalq və regional standartlar əsasında hazırlanmış 162 milli standart dövlət qeydiyyata almamış, 127 obyekt akkreditasiya olunaraq, dövlət reyestrində qeydiyyata almmışdır".
"İl ərzində qeydiyyatda olan laboratoriyalarm akkreditasiya attestatlarının qüvvədə olma müddətinin artırılması ilə bağlı müvafiq işlər aparılmışdır və nəticə olaraq 46 laboratoriya attestatının qüvvədə olma müddəti artırılmışdır" fikrini söyləyən R.Həsənovun açıqlamalarından aydın oldu ki, metrologiyanın texniki bazasını təşkil edən Milli Etalonlar (dövlət etalonları) ölkə iqtisadiyyatının tələbatlarına uyğun seçilir: "İlk dəfə ölkəmizdə, komitə yanında Milli Metrologiya Mərkəzində 5 laboratiriyadan ibarət Milli Etalon Bazası yaradılmışdır. Bu laboratoriyalarda kütlə, təzyiq, temperatur, elektrik, sıxlıq və özlülük kəmiyyət vahidlərinin 29 ədəd olmaqla dövlət birinci (15) və dövlət ikinci (14) etalonları saxlanılır və tətbiq edilir. Azərbaycanın ilkin (birinci) dövlət etalonlarına malik olduğunu və qanunverici metrologiya sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq komitənin 2011-ci ildə Ölçülər və Çəkilər üzrə Beynəlxalq Təşkilata və Beynəlxalq Qanunverici Metrologiya Təşkilatına üzv qəbul edilməsi barədə muvafiq qurumlarla muzakirələr aparılır. Dövlət statusu almış həmin etalonlar "Fluke", "Mettler Toledo", "Vika", "Sartorius" və s. kimi məşhur firmalar tərəfindən istehsal olunmuşdur.
Ölçmə vasitələrinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən kalibrlənməsi (dövlət yoxlanışı) işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün, Bakıda 8, Gəncədə 4 yeni, Avropa standartlarına uyğun laboratoriyalar tikilib istifadəyə verilmişdir. Bu laboratoriyalar kütlə, təzyiq, sərf, temperatur, həcm, elektrik kəmiyyətləri, radiotexniki, zaman və tezlik, həndəsi-mexaniki, fiziki-kimyəvi, sıxlıq və özlülük ölçmə vasitələrinin kalibrləmə laboratoriyalarıdır. 2010-cu il ərzində Təcrübə-Sınaq Mərkəzi tərəfindən təqribən 900000 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçirilmiş, 169 ədəd yeni tipli ölçmə vasitəsinin tipi təsdiq edilərək, ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilmişdir. Bundan başqa, maddə və materialların tərkib və xassələrinin 62 ədəd dövlətlərarası standart nümunələrinin tipi tanınmış və standart nümunələrin dövlət reyestrinə daxil edilmişdir. Metrologiya sahəsində hüquqi tənzimləmənin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən "Azərbaycan Respublikasında tətbiqinə rəsmi icazə verilmiş kəmiyyət vahidləri", "Ölçmə vasitələrinin dövlət reyestrinin aparılmsı qaydaları" və "Ölçmə vastələrinin tipinin təsdiqi haqqında sertifikatın formaları" hüquqi sənəd kimi komitə tərəfindən işlənib hazırlanmış, Nazirlər Kabinetinə təqdim edilmişdir: "Ötən ildə komitəyə müxtəlif təyinatlı və xarakterli 5587 ədəd, o cümlədən, Azərbaycanda əmtəə nişanlarının qüvvəsinin tanınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq bürosundan 2843 ədəd iddia sənədi daxil olmuşdur. "Patent haqqında" qanununa əsasən 258 ixtiraya dair iddia sənədləri hazırlanaraq komitəyə təqdim edilmiş, ekspertizası həyata keçirilmişdir. Təqdim edilmiş iddia sənədləri əsasında 125 ixtira patenti qeydiyyata almaraq sahiblərinə verilmişdir. Cari ildə sənaye nümunəsinə dair 55 iddia sənədi və faydalı modelə dair isə 25 ədəd iddia sənədi daxil olmuş, 36 sənye nümunəsi və 5 ədəd faydalı model patentləri qeydiyyata almamışdır. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanuna uyğun olaraq ekspertizası aparılmış və müsbət dəyərləndirilmiş 1510 şəhadətnamə tərtib olunaraq, sahiblərinə verilmişdir. Standartların tələblərinə, sertifikatlaşdırma qaydalarına, metroloji qayda və normalara riayət edilməsini yoxlamaq məqsədi ilə komitənin ərazi dövlət nəzarəti idarələri tərəfindən 2010-cu il ərzində 2146 təsərrüfat obyektində (subyektində) dövlət nəzarəti aparılmışdır. Dövlət nəzarəti qaydasında aparılmış yoxlamaların 1481-i istehsal sahəsində, o cümlədən, 929-u ərzaq məhsullarının, 552-si qeyri-ərzaq məhsullarının istehsalı sahəsində aparılmışdır. Dövlət nəzarəti qaydasında aparılmış yoxlamalar zamanı 344 müəssisədə nöqsanlar aşkar edilərək iradnamə və tələbnamə verilmiş, 147 müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, barələrində müvafiq qərarlar qəbul edilmiş və ümumilikdə, 227500 manat məbləğində cərimə tətbiq edilmişdir. Ümumilikdə, 1 milyon 854 min 759 ədəd müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsullarının satışı qadağan edilmişdir".

Digər xəbərlər