PDF Oxu

Əsas

  • 22

Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq

Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə əngəl törədən Ermənistan hakimiyyəti Azərbaycanın hərbi qüdrətini artırmasını ciddi mesaj kimi qəbul etməlidir. Şöbə müdiri deyib ki, münaqişənin həlli ilə bağlı prinsiplər və tərəflərin mövqeyi bəllidir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar yenə də uzanır. Ermənilər danışıqlar prosesini nəyin hesabına olursa-olsun uzatmağa çalışırlar. Əli Həsənov bildirib ki, Azərbaycan hərbi qüdrətini artırır, müdafiə sənayesini inkişaf etdirir. 2011-ci il üçün bu sahəyə ayrılan büdcə vəsaiti 3 milyard dolları ötəcəkdir. Bu isə belə deməyə əsas verir ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaqdır. Ermənilər məsələnin həllini nə qədər uzatsalar belə, Azərbaycan gec-tez torpaqlarını işğaldan azad edəcəkdir.

Digər xəbərlər