PDF Oxu

Əsas

  • 25

“Səs” qəzeti-20

“Səs” qəzeti-20
İlk növbədə "Səs" qəzetinin kollektivini səmimi-qəlbdən təbrik edirəm, onlara yaradıcılıq işlərində uğurlar arzulayıram. "Səs" qəzeti Azərbaycan xalqının səsi olaraq müstəqil Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən daxili və xarici siyasəti dəstəkləyib və dəstəkləyir. Bu yolda "Səs" qəzeti şərəfli bir yol keçərək Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərib. Çətin, şəraitsiz, ağır günlərdə belə qəzet öz yolundan sapmadı və daima Heydər Əliyev ideyalarına sadiq qaldı. "Səs" qəzeti bizim üçün siyasi bir məktəb olaraq formalaşmağımızda da mühüm rol oynadı. "Səs" qəzetinin bu 20 illik yolu heç də hamar olmayıb. Qəzetə, onun əməkdaşlarına qarşı müxtəlif təzyiqlər, təqiblər də olub. Ancaq "Səs" qəzetinin yaradıcı kollektivi bütün təqiblərə, təzyiqlərə sinə gərərək bu günə qədər şərəfli bir yol keçdi. "Səs" qəzetində dövlətçiliyə, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sadiq yaradıcı heyətin olmasını görmək üçün qəzeti vərəqləmək kifayətdir. Qəzetdəki məqalələrə diqqət yetirdikdə müəlliflərin dövlətçiliyə nə qədər bağlı olduğunu hiss etmək olur. "Səs" qəzetinin kollektivi bir ailə olaraq çətin və xoş günlərdə daima bir yerdə olub. Bir zamanlar iki otaqdan ibarət olan redaksiyanın bu gün müasir avadanlıqlarla təmin olunmuş iş otaqları və yaradıcı heyətin işləməsi üçün normal şərait var. Təbii ki, bu sevindirici haldır və son olaraq "Səs" qəzetinin kollektivinə bir daha uğurlar arzulayır, 20 yaşının tamam olması münasibətilə təbrik edirəm.

Digər xəbərlər