Heydər Əliyev Fondu Lənkəranda valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliyi təşkil edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki Osman Mirzəyev adına xüsusi internat məktəbində Yeni il şənliyi keçirilib.
AzərTAc xəbər verir ki, bayram süfrəsi ətrafında keçirilən mərasimdə iştirak edən rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri, Şaxta baba, Qar qız və musiqiçilər bayram sevincini uşaqlarla birgə yaşayıblar. Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Səmədağa Abdullayev valideyn himayəsindən məhrum olan uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib, Heydər Əliyev Fondu adından onlara Yeni il hədiyyələri paylayıb.