PDF Oxu

Əsas

  • 22

"Kür" qəzetinin yubileyi qeyd edildi

"Kür" qəzetinin yubileyi qeyd edildi
Yevlaxda Heydər Əliyevin adını daşıyan Sarayda yerli mətbuatın yaranmasının 75 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi. Burada ilk yerli mətbu nəşr - "Yeni Yevlax" 1935-ci il ilin feralında işıq üzü görüb. Sonralar qəzet "Qələbə", 1965-ci ildən isə "Təşəbbüs" adı ilə fəaliyyətini davam etdirib. 1991-ci ildən "Təşəbbüs" adı dəyişdirilir və əsası "Yeni Yevlax"la qoyulan Yevlax mətbuatının sələfi kimi 1992-ci ilin yanvarından "Kür" adı ilə nəşrini davam etdirir. Yubiley mərasimində "Kür" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, "Tərəqqi" medallı, "Qızıl qələm", Həsənbəy Zərdabi, Məhsəti Gəncəvi və Natəvan adına mükafatların laureatı, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvü, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalsitlərin həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərli, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan " qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Olaylar" informasiya agentliyinin baş direktoru, "Olaylar " qəzetinin baş redaktoru Yunus Oğuz, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə çıxış etdilər. Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Firdovsi Nemətli, 11 saylı Ərazi Vergilər İdarəsinin rəisi, vergi xidməti müşaviri Səməd Vəliyev, Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mizəyev, Su təsərrüfatı idarələri adından Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov, Maliyyə və bank sistemləri kollektivləri adından Yevlax Şəhər Maliyyə İdarəsinin rəisi Natiq Cabbarov və başqaları yubilyarı təbrik etdilər.

Digər xəbərlər