PDF Oxu

Əsas

  • 19

İlham Əliyev dünyada qəbul olunmuş görkəmli siyasi liderdir

İlham Əliyev dünyada qəbul olunmuş görkəmli siyasi liderdir
Ölkə başçısı, cənab İlham Əliyevi görkəmli dövlət xadimi və siyasi lider kimi hansı xüsusiyyətlər səciyyələndirir? Uzun illərdir ki, politoloq və ekspertlərin diqqət mərkəzindədir və yanaşmalar olduqca birmənalıdır: Prezident İlham Əliyev dünyada XXI əsrin meydana çıxardığı siyasi liderlərin və dövlət başçılarının ən görkəmliləri sırasındadır.
Həqiqətən də, İlham Əliyev dövlətə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün gündəlik əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərti ilə dövlət strukturu böyük sürətlə Avropa standartlarına uyğunlaşdırılır, ölkəmizdə dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur.
Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də İlham Əliyevin önə çəkdiyi zəruri sahələrdəndir.
Cənab İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Bir çox dövlət başçıları yalnız ölkəyə rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampluası praktiki rəhbərlikdən başqa daha heç nəyi əhatə edə, yaxud əks etdirə bilmir. İlham Əliyev isə kamil dövlət xadimi olmaqla bir sırada həm də geniş, qlobal dünya görüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi kerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da, o, nikbin və realist görünür. Nikbinlik, gerçəklik, müdriklik, dərin analitik düşüncə, aydın və yetkin məntiqi təfəkkür onun siyasi portretinin təməl prinsipləridir. Boş vədlərdən, süni populizmdən, keçici görüntüdən uzaq olmaq İlham Əliyevin xarakteridir.
O, özünün siyasi rakursunda da həyatidir, realdır, gerçəkçidir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da artıq çoxdandır ki, İlham Əliyevi böyük siyasətçi, yaxud siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir. Ona bir siyasətçi kimi, Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir. Yeni siyasi lider kimi, İlham Əliyev postsovet məkanının sədlərini və miqyasını çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə, yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə, o, Avropa evi səviyyəsində düşünmək potensialına malik bir siyasətçi kimi dərk olunmuşdu.
İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud təcrübəli siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır. O, böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir. Buna görədir ki, İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi ilə səciyyələnir. İlham Əliyevin müxtəlif məqamlardakı nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız təcrübəli, uzun yol keçmiş, böyük məktəblər yaratmış siyasətçilərə nəsib ola bilir.
İlham Əliyev əsil siyasətçiyə məxsus olan belə uca məqamı cavan yaşında ikən fəth etmək vəzifəsinin öhdəsindən bacarıqla gəlmişdir. İlham Əliyevin siyasi aforizmlərinin böyük siyasətin ibrətamiz dərsləri səviyyəsində ümumiləşməsi onun yetkin, kamil siyasətçi obrazını müəyyən edir. İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq, millətlərarası münaqişələrin həlli məsələləri, neft siyasəti, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və sair kimi aktual, xüsusi çəkiyə malik problemlər təşkil edir. Bu məsələlərin hər birinin şərhində və təqdimində İlham Əliyev ustad müəllim kimi yüksək professionallıq nümayiş etdirir. Milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini təşkil edir.
Cənab İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, yeni istiqamətlər açan, yol göstərən görkəmli siyasi liderdir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin olması dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada, yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır. Burada ciddi və mühüm bir nüans da vardır. Böyük və professional bir siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, elə siyasətin də xeyirinədir. Ona görə ki, kamil, yetkin, lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan böyük siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından real plasdarm, münasib meydan tapa bilməyəndə, bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin daşıyıcısına çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır, zənginləşir və inkişaf edir. İlham Əliyevin siyasəti də həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş siyasi fəaliyyət kimi, mütəmadi olaraq yeniləşir, zənginləşir və inkişaf edir. Dövlət başçımızın siyasi mövqeyi Onun ölkəni irəli aparmaq, cəmiyyəti inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada, inkişafda olan Azərbaycan və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan gündəlik və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir. Beləliklə, dövlət də, İlham Əliyevin siyasəti də ölkəmizlə birlikdə, həmahəng şəkildə daimi inkişafdadır. İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısıdır. Heydər Əliyev siyasi kursu - Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloji əsasını təşkil edir. Heydər Əliyev təlimi - ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun kompasıdır. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə İlham Əliyev həmişə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmişdir. İlham Əliyevin siyasi özünəməxsusluğunu aşağıdakı kimi ümumiləşdirmək mümkündür.
Məhz Prezident İlham Əliyev yeni dünya düzənində Azərbaycana başucalığı gətirən qüdrətli siyasətçidir. Yeni Azərbaycanın yeni mərhələdəki yeni həyatı İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan regionlarının böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında Prezident İlham Əliyev dayanır. Bu mənada, o, yeni Azərbaycan adlı möhtəşəm əsərin yaradıcısıdır. Prezident İlham Əliyev - Ümummilli Lider Heydər Əliyev məktəbi əsasında yetişib formalaşan yetkin, təcrübəli, görkəmli dövlət xadimidir. İlham Əliyev - analitik düşüncə sahibi kimi dərin məntiqə və aydın təfəkkürə malik olan, siyasi reallıqları nəzəriyyə ilə vəhdətdə ifadə edən mükəmməl siyasi xadimdir. Dünyanın yeni reallıqları, beynəlxalq aləmdə gedən müasir proseslər zəminində yeni Azərbaycanın maraqlarını və mənafeyini ifadə etməkdə İlham Əliyev zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir. İlham Əliyev yeni mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır. İlham Əliyev - yeni siyasi təfəkkürə və yeni, yaradıcı yanaşmaya malik novator dövlət xadimidir. Xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır. İlham Əliyev - yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran dövlət xadimidir. Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə İlham Əliyev kimi geniş formada, böyük miqyasda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı vardır.
Yaxşı dövlət başçısı ölkə, xalq üçün həmişə qiymətli tapıntı sayılıb, cəmiyyətin inkişafını təmin edən meyil və təmayülləri stimullaşdıran fenomenal qüvvə kimi çıxış edib. Bu mənada, dünya xəritəsində balaca bir yer tutan Azərbaycanın bəxti gətirib. Ulu Öndərimiz Heydər Əliyevin adı yeni dünya siyasətinin bütöv bir epoxasını təşkil etmiş siyasət titanlarının adları ilə bir cərgədə çəkilir. Azərbaycanın Heydər Əliyevin hakimiyyəti illərində əldə etdiyi uğurlar ən qısqanc opponentlərdə belə inkar üçün əl yeri qoymur. Həmin nailiyyətləri möhkəmləndirən və dinamik səciyyə verən şərt isə onların sabitqədəmliyi və dönməzliyidir.

Digər xəbərlər