PDF Oxu

Əsas

  • 26

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur
Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının və Nizami rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Keşlə qəsəbəsində yerləşən xeyir-şər evində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, tarixin yüz ildə bir dəfə yetişdirdiyi böyük şəxsiyyətlərdən olan Ulu Öndərimiz Heydər Əliyevin əsas qayəsi və amalı ölkəsini azad, firavan görmək, xalqının xoşbəxt yaşamasını təmin etmək üçün bütün varlığı ilə çalışmaqdan ibarət olub.
Onun zəngin irsi, bizlərə miras qoymuş odluğu vətən sevgisi xalq məhəbbəti Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək deyən S.Vəliyeva Ümummilli Liderin böyük ideyalarının bu gün öz təzahürünü tapdığını da mərasim iştirakçılarının diqqətinə çatdırdı. "Azərbaycan xalqı və dövləti var olduqca, Ulu Öndər Heydər Əliyev ideyaları yaşayacaq və inkişaf edəcək. Bu gün dövlət müstəqilliyimizin möhkəm təməllər üzərində sürətli inkişafı ölkəmizin maraqlarının beynəlxalq müstəvidə təmin edilməsi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşmiş böyük uğurlu işlər Onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ona görə də, Azərbaycan özünün yüksək nüfuzunu, nəinki Cənubi Qafqaz regionunda beynəlxalq arenada da, layiqli formada təmin etməkdədir. Günü-gündən çiçəklənən ölkəmizdə Ulu Öndər tərəfindən əsası qoyulmuş quruculuq və abadlıq işləri, yeni-yeni sosial obyektlərin tikilib istifadəyə verilməsi vətəndaşlarımızın yaxşı yaşamasına, insanlarımızın sosial-rifah halının daha da gücləndirilməsinə xidmət göstərir" - deyən Milli Məclisin üzvü S.Vəliyeva Azərbaycanı daha işıqlı və xoşbəxt bir gələcəyin gözlədiyini də mərasim iştirakçılarının nəzərinə çatdırdı.
Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov da çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, bu gün ölkəmizin bir dövlət kimi var olması və regionla yanaşı, beynəlxalq arenada öz maraqlarını təmin etməsi xalqın Böyük Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün hər bir azərbaycanlının qəlbində Ulu Öndər Heydər Əliyevə böyük sevgi və tükənməz məhəbbət hissləri mövcuddur deyən politoloq R.Musabəyov Azərbaycan xalqı var olduqca, Ümümmilli Lider Heydər Əliyev ideyalarının var olacağını söylədi.
Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Ulu Öndər tərəfindən əsası qoyulan milli müstəqilliyimizin möhkəm təməllər üzərində bərqərar olduğunu söylədi. T.Budaqov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən, Onun millətinə olan dərin və tükənməz sevgisindən bəhs edib. Bildirib ki, bu gün Azərbaycan dövləti özünün müstəqil siyasəti ilə bütün dünyada aparıcı mövqeyə möhkəm iradəyə malikdir. Məhz bunun da kökündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş düzgün strateji xəttin və Onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində mümkün olduğunu bildirən T.Budaqov ölkəmizin inkişaf tendensiyasındakı əldə etmiş olduğu uğurlardan da bəhs etdi. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənclər tərəfindən böyük sevgi ilə mənimsənildiyini də diqqətə çatdıran icra başçısı xalqın böyük şəxsiyyətinə həmişə dərin və tükənməz sevgi ilə yanaşdığını vurğuladı.
Rayon ictimaiyyəti adından çıxış edən Keşlə qəsəbəsinin ruhaniləri, ağsaqqalları Ulu Öndər Heydər Əliyevin ölkəmizi ağır və böhranlı durumlardan xilas edərək, bugünkü inkişaf mərhələsinə istiqamətləndirdiyini vurğulayıblar.

Digər xəbərlər