PDF Oxu

Əsas

  • 28

Zuxuloba Sərhəd Məntəqəsi Kompleksinin təntənəli açılış mərasimi keçirilib

Zuxuloba Sərhəd Məntəqəsi Kompleksinin təntənəli açılış mərasimi keçirilib
Dünən dövlət sərhəd xidmətinin Xudat sərhəd dəstəsində Zuxuloba Sərhəd Məntəqəsi Kompleksinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə dövlət sərhəd xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev iştirak edib.
DSX-nin komandanı sərhəd məntəqəsində şəxsi heyət üçün yaradılan vəziyyətlə tanış olub, eyni zamanda, ailəli zabitlər üçün istifadəyə verilmiş mənzillərə baxıb. Elçin Quliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin sərhəd mühafizəsi xidməti xeyli inkişaf edib və təkmilləşib. Onun sözlərinə görə, DSX-nin maddi-texniki bazası xeyli gücləndirilib, yeni sərhəd dəstələri və məntəqələri üçün güclü sərhəd infrastrukturu yaradılıb: "Azərbaycan sərhədlərinin daha etibarlı şəkildə qorunması tam təmin olunub. Xudat sərhəd dəstəsində yeni istifadəyə verilən sərhəd məntəqələri Ali Baş Komandanın sərhədlərimizin mühafizəsinə, sərhədçilərə göstərdiyi qayğının növbəti təzahürüdür".
Məntəqədə DSX-nın komandanına bildirilib ki, kompleksdə sərhədçilər üçün yüksək səviyyəli xidməti döyüş şəraiti yaradılıb. Məntəqələrin hər birində əsgərlər üçün bütün məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət təlim və digər xüsusi təyinatlı otaqlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, zabit və gizirlər üçün mebellər avadanlığı ilə təmin edilmiş yaşayış evləri və digər tikililər var. Sərhəd məntəqəsi kompleksinin açılışında, həmçinin DSX-nın komandanı E.Quliyev bir sıra sərhədçiləri hədiyyələrlə təltif edib. Tədbirdə eyni zamanda, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev iştirak edib.

Digər xəbərlər