Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi, iki ölkə arasında iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsi müəyyən dairələri narahat edir, bu münasibətlərin pozulmasına yönəlmiş cəhdlər səngimir. Düşmən dairələrin tapşırıq və tövsiyələri ilə müstəqil Azərbaycan Respublikası ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlər hədəfə götürülür, onların haqqında həqiqətə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayılır, tarixi həqiqətlər təhrif edilir, bu mövzularda KİV-lərdə materiallar verilir, kitablar nəşr olunur.
Azərbaycan ziyalıları, cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələr, ictimai xadimlər, millət vəkilləri, hökumət və dövlət nümayəndələri Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı durumundan olduqca narahatçılıq keçirən qüvvələrin Turqut Ər kimi üzdəniraq şəxslərin əli ilə müəyyən gərginliklər yaratmaqda maraqlı olduqlarını bildiriblər.
Millət vəkili, politoloq Rasim Musabəyov:
- Əvvəla, qeyd edim ki, Turqut Ər elə bir böyük şəxsiyyət deyil ki, onun dilindən çıxan kəlmələr də dürüst olsun. O, sadə bir adamdır. Onun hansısa bir mövqeyi ciddi bir fikir yarada bilməz. Çünki Azərbaycan üçün Türkiyənin rəsmi mövqeyi əsasdır. Bu, bir həqiqətdir ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri var. Ona görə də, T.Ər kimi adi məsuliyyət daşımayan bir adam Heydər Əliyev kimi dahi şəxsiyyət haqqında fikir söyləyərkən, bu faktı unutmamalıdır.
TURQUT ƏRİN GENETİK KÖKÜ ERMƏNİLƏRƏ GEDİB ÇIXIR VƏ BU NÖQTEYİ-NƏZƏRDƏN DƏ, O, BELƏ SƏRSƏM BƏYANATLARLA ÇIXIŞ EDİR
Politoloq Elman Nəsirov:
- Hesab edirəm ki, Turqut Ərin məlum kitabı bir daha həmin "yazarın" ləyaqətsizliyini nümayiş etdirir. Çünki bu kitab başdan- ayağa iftar və böhtanlarla dolu çirkli bir kitabdır. Hər bir sözü deyərkən, səbəbə əsaslanmaq lazımdır. Çünki səbəbi yaradan və onun arxasında dayanan qüvvələr var. T.Ər bu kitabı yazmaqla, ilk növbədə, Azərbaycanla Türkiyə arasında yaranan qardaşlıq münasibətinə kölgə salmaq istəyib. Bu səbəbdən də T.Ər bu kitabı yazmaq istəyində olub. Həmçinin, T.Ərin arxasında siyasi qüvvələr mənasız dayanmayıb, eyni zamanda, həmin qüvvələr T.Əri maliyyələşdirməklə, onu qabağa verərək, iki qardaş dövlət arasında olan dostluğu sarsıtmaq məqsədi güdüb. Lakin istər T.Ər, istərsə də onun arxasında dayanan siyasi qüvvələr bu dostluğun zəiflənməsinə təsir edə bilməzlər. T.Ər bir şeyi də bilməlidir ki, onun arxasında dayanan siyasi qüvvələr müəyyən vaxtda onu birdəfəlik istifadəsiz tullantıya çevirəcəklər. Ona görə də, bu gün həm türk, həm də Azərbaycan xalqı yaxşı bilir ki, bu iki dövlət arasında qardaşlığa qısqanclıqla yanaşan bir çox qüvvələr var. Eyni zamanda, həmin ölkələrin daxilində də, öz çirkin məqsədlərini həyata keçirmək istəyində olan qüvvələr az deyildir. Məhz onlar da belə kitablar çap etdirməklə, öz mövqelərini açıq-aydın nümayiş etdirirlər. Onlar elə zənn edirlər ki, Azərbaycan tərəfi də adekvat addım ata bilər, yəni, Mustafa Kamal Atatürklə bağlı həqiqətəuyğun olmayan kitablar çap etdirəcək və beləliklə də, iki dövlət arasında təbliğat müharibəsi başlayacaq. Lakin onlar çox səhv fikirdədirlər, Çünki bu hadisədən sonra Türkiyə və Azərbaycan xalqı daha ayıq-sayıq olacaq. Bu kitabın çap olması, bir daha onu da sübut etdi ki, bu iki xalq arasında yaranmış dostluğun pozulmasına çalışmaq istəyənlər xaricdə deyil, həmçinin, ölkənin daxilində də var. Həmçinin, qeyd edim ki, T.Ərin genetik kökü ermənilərə gəlib çıxır və bu nöqteyi-nəzərdən də o, belə bəyanatlarla çıxış edir. İnanıram ki, belə erməni kökə malik olan T.Ərin böhtanlı çıxışlarından sonra iki dövlət arasında əlaqələr daha da möhkəmlənəcək və heç bir qüvvə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu dostluğa kölgə sala bilməyəcək.
TURQUT ƏRİN AZƏRBAYCANLA BAĞLI BÖHTANLI FİKİRLƏR YAZMASININ ARXASINDA MÜƏYYƏN MARAQLI QÜVVƏLƏRİN OLMASI AÇIQ-AYDIN GÖRÜNÜR
Millət vəkili Aydın Mirzəzadə:
- Bildirmək istərdim ki, Azərbaycandan kənar və Azərbaycana heç bir aidiyyatı olmayan kəsin böhtan dolu kitab yazması və zorla bu kitabı Azərbaycan ictimaiyyətinə yönəltməsi həmin şəxsin mədəniyyətsiz olduğunu bir daha sübut edir. Bu kitabın ilk səhifələri ilə tanış olduqda, bunun məqsədyönlü olduğunu və Azərbaycan cəmiyyətində siyasi ziddiyyətlər yaratmaqla bugünkü sabitliyi pozmaq istəyi dayanır. Hesab edirəm ki, Turqut Ərin Azərbaycanla bağlı böhtanlı fikirlər yazmasının arxasında müəyyən maraqlı qüvvələrin olması açıq-aydın görünür. Bir məqamı da qeyd edim ki, bu kitabın yazılması və müxalifyönlü mətbuatda yayılması heç də təsadüfi deyil. Bu, növbəti dəfə Azərbaycana qarşı çirkli kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
TURQUT ƏRİN HEMŞİL ERMƏNİSİ OLMAĞINA DAİR HEÇ BİR ŞÜBHƏ YERİ YOXDUR...
Politoloq Cümşüd Nuriyev:
- Əvvəla, onu qeyd edim ki, qərəzlə və riyakarlıqda dolu olan Turqut Ərin yazmış olduğu bu kitabın elektron variantı ilə tanışam. Məhz bu baxımdan da tam məsuliyyətlə deyirəm ki, bu xəcalətverici bir "əsər"dir. Çünki bu kitabda, adından da göründüyü kimi, təhqirdən başqa bir şeyə rast gəlmək qeyri-mümkündür. Eyni zamanda, T.Ər burada İ.Stalinlə Beriyanı xortladıb ortaya çıxarıbsa, o zaman Türkiyədə özünü dırnaqarası peşəkar "diplomat" hesab edən şəxs, Azərbaycanı yəni, hal-hazırda ərazisi işğal olunmuş bir dövləti dəstəkləmək əvəzinə, ona arxadan zərbə vurur. Burada bir məqamı da qeyd edim ki, kitabda dərc olunan yazıların başlıqları da təhqiramiz ifadələrlə doludur. Eyni zamanda, 448 səhifəlik bu kitabı dəqiq şəkildə araşdırmışam və belə qənaətə gəlmişəm ki, burada qeyd olunan hər material yalan üzərində qurulub. Bunu bir neçə faktla T.Ərin nəzərinə çatdırmaq istəyirəm. Birincisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev SSRİ təhlükəsizliyi orqanlarında çalışdığı dövrlərdə Türkiyə ilə bağlı heç bir fəaliyyəti olmayıb. Bunu tam məsuliyyətlə deyirəm. Ulu Öndər Heydər Əliyev həmin dövrdən sonra Azərbaycana gəldiyi müddətdə də, tamamilə başqa istiqamətlə məşğul olub. Onu da əlavə edim ki, T.Ərin bu kitabında bir dənə də olsun rəsmi sənəd mövcud deyil. Ən xoşagəlməz cəhət də ondan ibarətdir ki, kitab Azərbaycanda bir neçə qəzet jurnalistlərinin deyimləri, daha doğrusunu desək, çayxana səviyyəli söhbətləri əsasında yazılıb. Yəni, burada "Günaydın" və "Meridian" qəzetlərinin əməkdaşı Xədicə İsmayılovanın, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımovun və mərhum prezident Əbülfəz Elçibəyin sözləri öz əksini tapıb. Bir faktı da qeyd edim ki, Türkiyədə bu barədə həddən artıq məlumatsızdırlar. Bu gün, doğrudan da, Ə.Elçibəyi özlərinə lider hesab edənlər o kitabdan bir hissəni oxusalar, görərlər ki, bu, təkcə Ümummilli Lider Heydər Əliyevə deyil, Azərbaycan xalqına qarşı yönəlmiş bir riyakarlıqdır. Amma T.Ər Ə.Elçibəylə bağlı kitabında bir məqam da yer verir ki, guya o, prezident olarkən, "Naxçıvanın elektriki, suyu da, çörəyi də sizdən, Ankaraya söyləyin, Naxçıvana vali təyin etsin" söyləyib. Öz növbəsində isə, M.Ə.Bayar da bildirir ki, "axı ayrı bir dövlətin prezidenti bu addımı ata bilməz, bu sizə yaraşmaz. Ə.Elçibəy də ona cavabında bildirir ki, mən bir türk dövlətinin Qafqazlardakı valisiyəm. Amma mən paytaxtı Təbriz olan türk dövlətini istəyirəm". Beləliklə də, T.Ər bu kitabında açıq şəkildə Ə.Elçibəyi lağa qoyur. Çünki mən inanmıram ki, Elçibəy belə bir söz desin. Azərbaycanda hamı bilir ki, Türkiyə Naxçıvana kömək edib. Amma Azərbaycan prezidenti olan şəxs heç bir zaman belə bir söz deyə bilməz. Bir başqa məsələni də qeyd edim ki, T.Ərin bağlı olduğu bir saytda Azərbaycanda iki nəfərin - Müsavat başqanı İsa Qəmbərovun və AXCP (i) sədri Əli Kərimovun bloqu yerləşdirilib. Bu isə, prosesin nədən ibarət olduğunu açıq şəkildə göstərmiş ollur. Həmin kitabda PKK ilə bağlı T.Ərin yazmış olduğu bütün materiallar çayxana səviyyəsində olan söhbətlərin məcmusundan yaranıb. Çünki kitabda əksini tapan bütün materiallar "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində nəşr edilmiş yazılardır. Bir faktı da qeyd edim ki, T.Ərin kitabdakı məlum qərəzli fikirlərinə türkiyəli yazar Məhməd Əli Birandın 1994-cü il oktyabrın 4-də Azərbaycanda baş verən hadisələrlə bağlı qeyd etmiş olduğu fikirlərin də əlavə edir. Amma mən bir faktı bildirim ki, M.Ə.Birand həmin hadisələr vaxtı xalqın hansı səviyyədə Prezidentin ətrafında sıx birləşdiyindən böyük heyrətə gələrək, bildirmişdir ki, "mən ilk dəfədir ki, xalqın öz Prezidentinə qarşı bu qədər dəstəyi ilə qarşılaşıram". Məhz bundan da aydın olur ki, T.Ər yazmış olduğu riyakarlıqla dolu kitabında ayr-ayrı şəxslərin fikirlərini tamamilə əks-yöndə təqdim etməklə, çaşqınlıq yaratmağa çalışır. Bir faktı da vurğulayım ki, həmin kitabda adları çəkilən türk generallarının böyük əksəriyyəti məlum "Ergenekom" məsələsinə görə, Türkiyədə həbsdədir. Ən nəhayətdə isə, T.Ər öz qərəzli kitabında bildirir ki, o, Türkiyənin Ərzurum vilayətinin Nəriman ilçəsindəndir. Burada ən maraqlı məqam ondan ibarətdir ki, Ərzurumda hemşililər yaşayır. Onlar isə, iki yerə bölünür. Türk dilini qəbul edən ermənilər və ermənidilli islamı qəbul etmiş ermənilər. Onlara isə hemşil deyilir. Bünunla yanaşı isə, T.Ər erməni mənbələrinə öz qərəzli kitabında və digər yazılarında daha çox istinad edir. Beləliklə də, T.Ərin hemşil ermənisi olmağına dair heç bir şübhə yeri qalmır. O, həmçinin, belə bir iddia ilə çıxış edir ki, onun babasının qardaşlarını ermənilər öldürüblər. Bəli, belə bir fakt olub. Çünki ermənilər islamı qəbul etmiş erməniləri öldürürdülər ki, siz Türkiyəyə satılmısınız. Onlara da, dönmüş ermənilər deyirdilər. Fakt isə odur ki, onların heç birini türklər öldürməyib. 1915-ci ildə ermənilər özləri-özlərini bu məsələyə görə qətlə yetiriblər. Yekunda bir zəruri məqamı da qeyd edim ki, biz bu gün Mustafa Kamal Atatürkə hansı münasibəti bəsləyiriksə, hər bir türkiyəli türkün də borcudur ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə böyük hörmət və sayqı ilə yanaşsın.