PDF Oxu

Əsas

  • 16

Böyük alim və yazıçı Mir Cəlalın Bişkekdə qırğız dilində çap edilmiş 3 cildlik "Seçilmiş əsərləri"nin Bakıda təqdimatı keçiriləcək

Böyük alim və yazıçı Mir Cəlalın Bişkekdə qırğız dilində çap edilmiş 3 cildlik "Seçilmiş əsərləri"nin Bakıda təqdimatı keçiriləcək
Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun verdiyi məlumata görə böyük alim və yazıçı Mir Cəlalın bu ilin yayında Bişkekdə qırğız dilində çap edilmiş 3 cildlik "Seçilmiş əsərləri"nin Bakıda təqdimatının keçirilməsi nəzərdə tutulur. Tədbirdə Qırğızıstanın tanınmış siyasi xadimi, sabiq baş nazir Almazbek Atambayevin başçılığı ilə nümayəndə heyətinin iştirakı da gözlənilir. Nümayəndə heyətinə Qırğızıstan Yazıçılar İttifaqının sədri Abdraxman Alımbayev, yazıçı Seyit Altımışev, böyük qırğız yazıçısı Çingiz Aytmatovun qardaşı, akademik İlgiz Aytmatov, həmçinin bir sıra tanınmış alimlər, yazıçılar və jurnalistlər daxildir. Məlumatda deyilir ki, Mir Cəlalın qırğız dilində 3 cildlik "Seçilmiş əsərləri"nin Bakıda təqdimatının keçirilməsi Azərbaycan-Qırğızıstan ədəbi-mədəni əlaqələrinin genişlənməsinə yeni təkan verəcəkdir.

Digər xəbərlər