"Bölgələrdə 50%, Bakıda isə 45-48% analar körpələrini 1 yaşa qədər ana südü ilə qidalandırır"
Dünən Bakı Biznes Mərkəzində "Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və gələcək perspektivləri" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, Milli Məclis, Nazirlər Kabineti, UNİCEF-in birgə dəstəyi ilə təşkil olunub. Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Səhiyyə Nazirliyinin K.Fərəcova adına ET Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, Musa Quliyev, Məlahət İbrahimqızı və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev fondun bu problemin aktuallığından xəbərdar olduğunu bildirib. O vurğulayıb ki, Heydər Əliyev Fondu bununla bağlı artıq bir neçə layihə də həyata keçirib və bu işlər gələcəkdə də davam etdiriləcək.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd edib ki, Azərbaycanda 12 faiz analar körpələrini 6 aya qədər ana südü ilə qidalandırır. Ana südünün əhəmiyyətindən danışan M.Herevard qeyd edib ki, körpə 6 ay ərzində ana südü ilə qidalanarsa, diareyadan ölmə 6 dəfə, kəskin resperator xəstəliklərdən ölmə isə 2 dəfə azalar: "UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı ana südü ilə qidalanmanı prioritet kimi qəbul edir. Biz ana südü ilə əmizdirmədə yaranan sosial problemlər araşdırmalıyıq. Heydər Əliyev Fondu ilə bu istiqamətdə yeni kampaniya üzərində işləyirik. Bununla da əhaliyə ana südünün əhəmiyyəti haqqında daha ətraflı məlumat veriləcək".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə çıxışında "Ana südü haqqında Qanun"un hazırlanmasının sosial sifariş olduğunu deyib. O bildirib ki, dünya təcrübəsini öyrənərək Qanun hazırlandı: "Bizə hətta irad tuturdular ki, ana südü ilə qidalanmanı müzakirəyə çıxarırsınız. Çox çətinliklərə baxmayaraq bu qanun 2010-cu ildə qəbul olundu və burada maraqlı müddəalar öz əksini tapıb. Qanun qəbul olunarkən ana südü ilə qidalandıran gənc anaların maliyyə məsələlərini də ortaya qoyduq. Amma biz buna nail ola bilmədik. Parlament bu məsələyə yenidən qayıda bilər. Quranda da yazılıb ki, uşaqlar 2 il ana südü ilə qidalanmalıdır. Amma bu tendensiyalara əməl olunmur və 12 % qidalandırma da narahatedici rəqəmlərdir. Ona görə də parlament bu qanuna yenidə baxa və əlavə və dəyişikliklər edə bilər".
Millət vəkili Qənirə Paşayeva isə çıxışında bu problemin həlli üçün sosial reklamlar məsələsinə qayıtmalı olacaqlarını söyləyib. Onun sözlərinə görə, qanunvericilik çərçivəsində sosial reklamların daha geniş yayılması, onlar üçün vəsaitlərin ödənilməməsi məsələsi gündəmə gətirilə bilər. Musa Quliyev isə bildirib ki, ana südü ilə qidalandırmanın 12% deyil, daha çox rəqəmi əhatə edir: "Ona görə də bu məsələ yenidən araşdırılmalıdır. Ana südü ilə qidalanma ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər görülməlidir. Aztəminatlı ailələrə xüsusi iqtisadi dəstək öz həllini tapmalıdır". Tədbirin davamında çıxış edən Səhiyyə Nazirliyinin K.Fərəcova adına ET Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev ana südünün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu qidalanma körpələrin gələcək sağlamlığında da mühüm rol oynayacaq. O bildirib ki, dünyada ana südü ilə qidalanmada yaranan problemlərin 98%-ni subyektiv səbəblər, qalan 1-2%-ni isə hipoqalaktiya təşkil edir: "Bölgələrdə 50%, Bakıda isə 45-48% analar körpələrini 1 yaşa qədər ana südü ilə qidalandırır. Bu işdə inkişaf var, ancaq istədiyimizə nail ola bilməmişik".