PDF Oxu

Əsas

  • 19

Seçkilərdə uğurun və qələbənin tək ünvanı YAP oldu

Seçkilərdə uğurun və qələbənin tək ünvanı YAP oldu

Azərbaycanda dünya standartlarına cavab verən parlament seçkiləri YAP-ın uğurlu qələbəsi ilə nəticələndi. Azərbaycan dövlətinin, MSK-nın, DSK-nın uğurlu əməyi nəticəsində ölkəmizdəki növbəti seçki prosesi tam şəffaf, azad, gizli, və demokratik şəraitdə keçdi. Ümumiyyətlə, 1993-cü ildən ölkəmizdə keçirilən seçkilər şəffaflığı, demokratikliyi ilə yadda qalır. Bu isə, əlbəttə ki, məğrur, güclü YAP-ın uğurudur.
YAP Siyasi Şurasının
üzvü Aydın Mirzəzadə:

- Builki parlament seçkiləri də çox ədalətli, şəffaf keçirildi. Azərbaycan seçicisinin gücü hər şeyi həll edir. Seçkilərdə narazı qalanlar günahı özlərində axtarmalıdırlar. Bütün Azərbaycan seçicisi seçkinin gedişatı və nəticəsindən çox razıdır. Seçkilərdə xalq, birmənalı olaraq, YAP-a sadiq olduqlarını nümayiş etdirdilər. Bunun nəticəsi olaraq da 70-dən yuxarı YAP-ın namizədi parlament seçkilərində qalib oldu. Hətta beynəlxalq müşahidəçilər də seçkilərin şəffaf, heç bir saxtakarlıq olmadan keçirildiyini bildirdilər. Müstəqil cəmiyyətimizdə insanlarımız radikal müxalifətin populist fikirlərinə, çıxışlarına uymurlar. Əgər bir müxalifət nümayəndəsi az səs yığırsa, günah onun özündədir. Radikal hərəkətlər, addımlarla heç nə əldə etmək olmaz. Əsil demokratiya elə Azərbaycandadır. Çox təəssüf olsun ki, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da uduzan tərəf udan tərəfi təbrik etmir, əksinə, şər-böhtan atırlar.Bu isə, həmişə olduğu kimi, onların səviyyələrinin aşağı olmasının göstəricisidir. 1993-cü ildən indiyə qədər xalqımız ölkəmizdə keçirilən bütün seçkilərdə fəal, obyektiv iştirak edir. Cəmiyyətimiz hazırkı iqtidara ən yüksək etimadını nümayiş etdirir. Azərbaycan seçicisi nə istədiyini özü bilir. Müxalifət kimi kənar qüvvələrin populist fikirlərinə, danışıqlarına inanmırlar. Müxalifət heç zaman Azərbaycanı müharibədən, savaşdan xilas edə bilməzdi. Onların məqsəd və niyyətləri ölkəni viran qoymaq, öz ciblərini doldurmaq, yüksək vəzifələrdə oturmaqdır. Bu isə, onlarda daha heç vaxt alınmayacaq. Çünki onların dövrü başa çatıb. Artıq Yeni Azərbaycanda, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı və Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi əzəmətli Azərbaycanda yaşayırıq. Bu, bizim üçün fəxrdir. Radikal müxalifət isə, boş-baş öz danışmağında, xülyalar qurmaqlarında olsunlar.
Nizami Cəfərov:

- Hər seçkidən-seçkiyə ölkəmizdə demokratiyaya doğru kifayət qədər inkişaf var. Bu seçkidə əvvəlki seçkilər kimi normal və uğurlu şəraitdə keçdi. Bunun da əsas səbəbi odur ki, Azərbaycan dövləti çox sürətlə inkişaf edir, beynəlxalq aləmdə nüfuzu və çəkisi xeyli artır. Seçki günü, xüsusilə, ATƏT-in müşahidəçiləri ilə görüşüb, seçkilərlə bağlı münasibətlərini öyrəndim. Müşahidəçilər seçkilərin demokratik ab-havada, heç bir saxtakarlıq olmadığını bildirdilər. Əlbəttə ki, bu, çox sevindirici haldır. İstəyirik ki, ölkəmiz haqqında, inkişafımız haqqında hər kəs müsbət fikirdə olsun. Bundan əlavə, müşahidəçilər Azərbaycanda olan seçki peşəkarlığını xüsusi qeyd etdilər. MSK və DSK-nın fəaliyyətindən çox razı olduqlarını məmnunluqla ifadə etdilər. Namizədlər arasında bərabərlik vardı. Hər kəsə eyni yer, eyni pulsuz efir vaxtı ayrılmışdı. Elə əsl demokratiya da bu deməkdir. YAP-ın namizədləri həm fəaliyyətinə, ictimai mövqeyinə, intellektinə, həm də şəxsi keyfiyyətlərinə görə radikal müxalifət partiyalarından çox fərqlənirlər. İnsanlar arasında YAP namizədlərinə xüsusi diqqət və inam vardı. Bunu bizimlə söhbəti zamanı xarici müşahidəçilər də bildirdilər.Özlərini aqressiv aparmaqla radikal düşüncəli müxalif partiyalar heç nəyə nail olmayıb və olmayacaqlar da. Parlament seçkisinin də əsas üstünlüyü ondan ibarət idi ki, seçicilər iqtidarın və müxalifətin nəyə qadir olduğunu bilir və özlərinə yaxın, doğma bildikləri YAP namizədlərinə üstünlük verirdilər. Bu isə, YAP-ın uğuru və qələbəsi deməkdir. Sadəcə olaraq, müxalifətin gücü qara yaxmağa, böhtan yağdırmağa çatır.Bu da iyrənc, sərsəm müxalifət nümayəndələrini çox gülünc, zəif və səviyyəsiz göstərir. Onsuz da müxalifətdə səviyyə yox idi, amma bu cür hərəkətləri ilə də səviyyələrini daha da heçə endirdilər. Bütün bunların fonunda ölkəmizdə yüksək səviyyəli seçki keçdi. Bir daha Azərbaycan da dövlətçilik mədəniyyətinin, parlament mədəniyyətinin yüksək olmasının şahidi olduq. YAP namizədləri seçkilərə inamla getdi və uğurla qələbə qazandı.Seçicilərimizlə görüşlərimiz də çox sakit, rahat, normal bir şəraitdə keçdi. Ümumiyyətlə, hər şeydə çox razı qaldım. Ölkəmizdə görülən bütün işlər xalqımızın, vətəndaşlarımızın rifahının yüksəlməsinə, normal yaşamasına xidmət edir. Həmişə belə olub və belə də olacaqdır. Müxalifət isə, öz iddiaları , bəyanatları ilə heç nəyə nail olmayacaqlar. Müxalifətin məqsədi dağıtmaq, böhtan və şər atmaq. Onların istifadə etdiyi total saxtakarlıq üsulları artıq özlərini də gücdən salıbdır. İqtisadiyyatımızı bərbad vəziyyətə qoyan, Azərbaycanı nəinki böyük güclərdən, hətta xırda güclərdən də asılı vəziyyətə gətirib çıxaran iyrənc bir müxalifətimiz var. Onlarında sonu çatıbdı. Artıq gedişat, ictimai həyat da onu göstərir ki, müxalifət tükənir. Radikallar acınacaqlı şəkildə məğlubiyyətə uğradılar və bununla da barışmalıdırlar. Qədir bilən xalqımız onların sərsəm bəyanatlarını ciddi saymırlar. Müxalifətin ağlı da, düşüncəsi də sərsəmlik səviyyəsindədir. Əgər belə olmasaydı, o zaman seçicilər onların görüşünə seçicicilər çox böyük həvəslə gedərdilər. Amma demək olar ki, öz adamlarından başqa heç kim onlarla görüşə getmədi.Müxalifət artıq bitib.
Musa Quliyev:

- 1993-cü ildən indiyə qədər Azərbaycanda keçirilən bütün seçkilər daha mükəmməl olub. Bu isə Azərbaycanda həm demokratiyanın, dövlətçiliyimizin möhkəmlənməsi, həm də xalqımızın düşüncə tərzinin formalaşması ilə bağlıdır. Azərbaycan Respublikası 4-cü çağırış parlament seçkiləri daha mükəmməl sonluqla başa çatdı. Seçicilər öz seçimlərini azad, gizli şəkildə ifadə etməsinə hər cür şərait vardı. Eyni zamanda, bunu beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, Azərbaycanda çox sakit, inamlı seçki keçdi. Şübhəsiz ki, bu inamı da yaradan müstəqil Azərbaycan dövlətinin gücü və qüdrətidir. YAP-ın bu seçkilərdə də qalib gəlməsi onu göstərdi ki, ən qüdrətli, güclü, xalqın ən çox etimadını qazanan yeganə siyasi partiya YAP-dır. Xalqın arzularının yeganə təminatçısı və qarantı YAP-dır. Qalib gəlməyən qüvvələr siyasət arenasından gedirlər. Azərbaycan müxalifəti isə, özlərində güc tapıb siyasi səhnədən getmək əvəzinə, hələ vəzifə davası da edirlər. Onlar cəmiyyət tərəfindən nə qədər təhqir olunsalar, alçaldılsalar da, yenə də çirkabın məngənəsindən çıxmaq istəmirlər. Boğulduqca boğulurlar. Həmin insanlar kifayət qədər tükənmiş insanlardır. Şübhəsiz ki, tarix də öz sözünü deyəcək və onlar siyasət tarixinin arxivinə qovuşmuş insanlardır. YAP cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqını yeni qələbələrə aparır, dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin sosial-iqtisadi qüdrətinin artması, xalqımızın sosial rifahının yüksəlməsi istiqamətində var gücü ilə çalışır. Tək Bakı şəhərində deyil, ümumiyyətlə, bütün rayonlarda seçkilər öz şəffaflığı ilə yadda qaldı. 1993-cü ildən indiyə qədər müxalifət ölkəmizdə olan bütün seçki prosesini "bəyənmir". Çünki onlar hakimiyyətdə qala və vəzifələrindən sui-istifadə edə bilmədilər. Xalqının israrlı təkidi ilə Ulu Öndərimiz hakimiyyətə gələndən sonra ölkəmiz dirçəldi, uğura, müstəqilliyə, demokratiyaya, söz azadlığına qədəm qoydu. Hər bir azərbaycanlı fəxr etməlidir ki, Ümummilli Lider Heydər Əliyev kimi bir lideri var. Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyev bizi acınacaqlı, müsibətli günlərdən, savaşdan, müharibədən xilas etdi. Ona görə də Ulu Öndər Heydər Əliyevin layiqli varisi və yeganə davamçısı olan cənab Prezident İlham Əliyevə dəstək olmaq üçün Onun ətrafında sıx birləşməliyik. Cənab Prezidentimiz çox müdrik, dahi, uzaqgörən, hər kəsi bağışlamağı bacaran bir şəxsiyyətdir. Bu şəxsiyyəti sevməmək üçün heç bir əsasımız yoxdur. Bütün ölkələrin belə bir güclü və iradəli dövlət başçısı olmalıdır. Ona görə də müxalifət heç vaxt hakimiyyətə gələ bilməyəcəklər. Pənah Hüseyin özünün o zamankı çıxışı zamanı bildirmişdi ki, əgər xalqın 95%-i əleyhimizə çıxarsa, yenə də hakimiyyətdən getməyəcəyik. Çox təəssüf ki, bu təfəkkürlü insanlar hələ də sıralarımızda az da olsa var. Onlar seçkilərə hətta blok yaradıb birgə də getdilər, amma bu da heç bir nəticə vermədi.
ADİP-in sədri
Asim Mollazadə:

- Təbliğat və təşviqat zamanı bütün namizədlər üçün geniş imkan yaradılmışdır. Hər şey qanun çərçivəsində baş verdi. Beynəlxalq müşahidəçilər də öz fikirlərində bildirdilər ki, Azərbaycanda keçirilən parlament seçkiləri normal, şəffaf, saxtakarlıq olmadan keçdi. Müstəqil Azərbaycan dövləti beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirməli və onların təcrübəsindən bəhrələnməyə hər zaman hazır olmalıdır. Seçicilərin fəal və mütəşəkkil iştirakı ölkəmizdə demokratiya mühitinin olmasından xəbər verir. Yarıdan çox insan seçkilərə gəlmişdir. Seçkilərlə bağlı 4 nüfuzlu qurum müşahidə missiyalarının açıqladığı ilkin rəyləri müsbət hesab edirik. Seçkilər öz şəffaflığı ilə yadda qaldı.

Digər xəbərlər