PDF Oxu

Əsas

  • 17

Türkiyənin müdafiə naziri Dövlət Sərhəd Xidmətində olub

Türkiyənin müdafiə naziri Dövlət Sərhəd Xidmətində olub
Noyabrın 3-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparatında Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Türkiyə Cümhuriyyətinin müdafiə naziri Vecdi Gönülün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. DSX-nin mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə, görüş zamanı qonaqlarla Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat və mövcud təhdidlər, o cümlədən, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə müzakirələr aparılıb. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində Türkiyə-Azərbaycan əlaqələrinin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi-texniki əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

Digər xəbərlər