Türkiyənin milli müdafiə naziri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb
Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Vecdi Könülün rəhbərlik etdiyi nümayəndə heyəti dünən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevlə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi sahədə əlaqələrin hazırkı vəziyyəti müzakiə olunub. Eyni zamanda gələcəkdə iki qurum arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.