PDF Oxu

Əsas

  • 18

MSK "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə xəbərdarlıq edib

MSK "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə xəbərdarlıq edib
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar fərdi şəkildə, siyasi partiya və seçki blokları tərəfindən namizədliyi irəli sürülən namizədlərdən MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul olunub.
MSK sədri Məzahir Pənahov "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə xəbərdarlıq edib. O, bildirib ki, bu, eləcə də bir sıra qəzetlərdə qanunauyğun olmayan hərəkətlərə yol verilir: "Qəzet hər hansı bir partiyanın mətbu orqanıdırsa partiya namizədinin təbliğatını apara bilər. "Azadlıq" və "Yeni Müsavat" qəzetləri partiyalarının mətbu orqanı olmadıqları halda, AXCP-nin və Müsavat Partiyası namizədlərinin təbliğatını aparırlar. Qanun tələb edir ki, günahkarlar cəzalandırılsın. Qanun eyni zamanda tələb edir ki, digər namizədlərə də eyni şərait yaradılsın. Bu qəzetlərin redaksiyasına zəng olunmalı və xəbərdarlıq edilməlidir ki, onları ən sərt şəkildə cəzalandıra bilərik". İclasda bu məsələ ilə bağlı araşdırmaların aparılması MSK-nın Mətbuat Qrupuna tapşırılıb.

Digər xəbərlər