PDF Oxu

Əsas

  • 10

Seçicilər xalqın ləyaqətli namizədinə səs verəcəklər

Seçicilər xalqın ləyaqətli namizədinə səs verəcəklər
Dünən YAP tərəfindən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Oqtay Əsədovun vəkillərinin Bakı Humanitar Kollecində seçicilərlə növbəti  görüşü keçirildi.
Görüşü giriş sözü ilə Oqtay Əsədovun vəkili Vaqif Abbasov açaraq, 7 noyabr tarixində parlament seçkiləri ilə bağlı keçirilən təbliğat-təşviqat kampaniyasının seçici fəallığı ilə davam etdirildiyini bildirdi. Ölkənin həyatında taleyüklü məsələlərin həlində rolu olan Oqtay Əsədovun parlament seçkilərində ən layiqli namizəd olduğunu bildirərək, təbliğat-təşviqatında kampaniyasında seçicilərin fəal iştirakının onun səs çoxluğu ilə qələbə qazanacağına təsdiqləyən faktor olduğunu bildirdi. Dövlətin 3-cü strukturunda çalışan namizədin bu günə qədər olan fəaliyyət dairəsini, Azərbaycanı Avropa məkanında təmsil edən ictimai xadim olduğunu diqqətdə saxlayaraq, hər bir seçicini ona səs verməyə çağırdı.
Vaqif Abbasov ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərə toxunaraq, Azərbaycanın dinamik inkişafını diqqətə çəkdi. Parlament seçkilərində bu reallıqları nəzərə alaraq, seçicilərin düzgün seçim edərək, layiqli namizədlərə səs verəcəklərinə inandığını bildirdi: "Bunun üçün, ilk növbədə, namizədin ictimai fəaliyyəti, onun vətəndaşlıq mövqeyi ilə seçicilər yaxından tanış olmalıdırlar. Oqtay Əsədov Azərbaycanın çox nüfuzlu xadimlərindəndir. Belə bir simanın namizədliyinin irəli sürülməsi böyük hadisədir. Onun fəaliyyət dairəsi hər bir vətəndaşa yaxşı bəllidir. Belə ki, Oqtay Əsədov 26 yaşından bu günə qədər rəhbər vəzifələrdə çalışmış, səriştə toplamış və Azərbaycanda dövlət səviyyəsində hesab olunan üçüncü bir quruma rəhbərlik edir. 60 dövlətlə Azərbaycan arasında ünsiyyətin yaradılması, Avropa dövlətləri sırasında Azərbaycan parlamentinin layiqincə təmsil olunması, respublikamıza gələn qonaqların yüksək səviyyədə qəbulu və müəyyən məsələlərin həllində onun rolunu qeyd etmək vacibdir."
Vəkil seçkiyə gedərkən, hər kəsin öz-özünə sual verməsini də tövsiyyə etdi. "Kimə, nə üçün və niyə səs verəcəyəm" sualları ətrafında düşünməlidir. "Kimə səs verəcəyəm" sualının cavabını müəyyənləşdirdikdən sonra hər şeyin həllinə nail olunacaq.
Görüşdə çıxış edən Oqtay Əsədovun vəkili Etibar Məmmədov  Azərbaycan üçün böyük işlər görən, vətənini, xalqını sevən  Oqtay Əsədovun parlament seçkilərində namizədliyini irəli sürülməsini alqışlayaraq, seçiciləri belə bir nüfuzlu simaya dəstək olmağa çağırdı.  Onun bütün varlığı ilə xalqına xidmət etdiyini bildirən vəkil namizədin əsil azərbaycanlıya məxsus keyfiyyətlərin hər birinin onda öz əksini tapdığını bildirdi. O çox işgüzar və çox təşəbbüskardır. Hər cəhətdən deputatlığa layiq olan bir ziyalıdır. Onun,  həqiqətən də, seçilməyə və Azərbaycanı təmsil etməyə layiq bir ziyalı olduğunu bildirən natiq dairənin bütün seçicilərini Milli Məclisə namizədliyi irəli sürülmüş Oqtay Əsədova səs verməyə və hər bir ailəni bayram əhvali-ruhiyəsi ilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq, düzgün seçim etməyə çağırdı.
Görüşdə çıxış edən seçicilər Oqtay Əsədovun bugünəqədərki fəaliyyətini, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini bəyan edən ictimai xadim kimi yüksək keyfiyyətlərinə toxunaraq, müstəqilliyimizin verdiyi azad seçim hüququndan yararlanaraq, 7 noyabr tarixində məntəqələrə gedərək, YAP-ın deputatlığa namizədinə - Oqtay  Əsədova səsə verəcəklərini bildirdilər.

Digər xəbərlər