"Həştərxan görüşü Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində əldə oluna biləcək maksimum uğurdur"
"Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin dünənki Həştərxan görüşünü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət addım hesab etmək olar". Bunu SİA-ya açıqlamasında M.V.Lomonosov adına MDU-nun Postsovet məkanın araşdırmalar mərkəzinin baş direktoru, rusiyalı politoloq Aleksey Vlasov bildirib. Onun sözlərinə görə, Rusiya üçün danışıqların hazırkı mərhələsində dialoq dinamikasını saxlamaq vacibdir: "Burada məqsəd Azərbaycan və Ermənistanın Madrid prinsipləri əsasında danışıqların davam etdirlmələrinə səylərini göstərməsinin ortaya qoymaq üçün lazımdır. Uyğunlaşdırılmış variant və ya klassik formada - bu və ya digər yolla Madrid prinsipləri gələcək danışıqlar prosesinin əsasını təşkil edəcək".Rusiyalı politoloq hesab edir ki, məhz 2011-ci ili Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici il hesab etmək olar: "Dünən keçirilən görüşdə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində danışıqlara nail olmaq haqqında razılaşma əldə edilməsi hazırda Dağlıq Qarabağ üzrə danışıqlarda əldə oluna biləcək maksimum uğurdur. Daha doğrusu, danışıqlarda humanitar cəhətlər də olacaq, dialoq davam etdiriləcək, lakin münaqişə hələ öz həllini tapmayacaq. Bu, geosiyasi cəhətdən böyük addım olmasa da, Azərbaycan və Ermənistanda ictimai rəy üçün çox vacib məsələdir. Bu da faktdır ki, əsirlərin qaytarılması və həlak olanların meyitlərinin mübadiləsi partlayış olmasa da, dialoq üçün bir addımdır".