PDF Oxu

Əsas

  • 27

Yeni Azərbaycanla qələbəyə doğru

Yeni Azərbaycanla qələbəyə doğru
Dünən - oktyabrın 26-da 7 noyabr parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əli Səftər oğlu Əliyevin Müqtədir və Qusarçay kəndlərinin seçiciləri ilə görüşü keçirilib. Görüşləri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. Keçirilən görüşlərdə seçicilərdən Balamirzə Həmidov, Sənəm Hacıyeva, Alimşah Mirzəyev, Yunus Abbasov, Adil Cabrayılov, Məcvulla Nurullayev, Mirzəbala Xəlilov, Məzahir Yəhyayev, Aniyət Qütrətova və başqaları çıxış ediblər. Çıxış edənlər Milli Məclis üzvlüyünə namizəd İ.Əliyevin seçki platformasını bəyəndiklərini, onu ən layiqli namizəd saydıqlarını bildiriblər.
Seçicilər qeyd ediblər ki, deputatlığa namizəd İ.Əliyevə inanır, millət vəkili seçiləcəyi təqdirdə, onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyinə böyük ümid bəsləyirlər.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev görüşdə Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev barədə seçicilərə ətraflı məlumat verib. N.Ağayev qeyd edib ki, Xaçmaz sakinləri artıq Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevi çox yaxşı tanıyırlar və onun barəsində müsbət fikirdədirlər: lMilli Məclis üzvlüyünə namizəd İlham Əli Səftər oğlu Əliyevi seçicilərə geniş təqdim etməyə ehtiyac yoxdur. Siz onu yaxşı tanıyırsınız, bir ziyalı, Milli Məclis üzvlüyünə namizəd kimi, amalına, niyyətinə çox yaxşı bələdsiniz. İnanıram ki, o, artıq seçicilərin etimadını, rəğbətini qazana bilib. Seçicilərin deputatlığa namizəd İlham Əliyevin keçirdiyi görüşlərdə fəal iştirakı bunu əyani şəkildə təsdiqləyir. O, geniş həyat təcrübəsinə, yüksək intellektə malik, ləyaqətli ziyalıdır, yüksək mədəniyyəti, xoş rəftarı ilə seçilir. Bu baxımdan, əminik ki, o, xaçmazlıları Milli Məclisdə ləyaqətlə təmsil edə biləcək".
Deputatlığa namizəd İlham Əliyev çıxışı əsnasında seçicilərə keçirilən görüşlərdə fəal iştiraklarına görə, təşəkkür edib. İ.Əliyev bu görüşlərdə seçicilərin kütləvi iştirakından məmnun qaldığını bildirib. O, qeyd edib ki, bu seçkidə inamlı qələbə qazanacağına ümid edir: "İnanıram ki, xaçmazlılar bu seçkilərdə doğru seçim edəcək və ən layiqli namizədə səs verəcəklər. Deputatlığa namizəd kimi, hər bir seçicinin səsinə qazanmaq, Xaçmaz sakinlərini Milli Məclisdə ləyaqətlə təmsil etmək istəyirəm. Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi, üzərimə düşən məsuliyyəti çox yaxşı dərk edirəm. Millət vəkili seçiləcəyim təqdirdə, partiyanın seçki platformasında nəzərdə tutulan hədəflərə çatmaq üçün lazımi səy göstərəcək, ləyaqətlə çalışacağam".
Deputatlığa namizəd İlham Əliyev görüşdə seçicilərin yüksək fəallığından razı qaldığını bildirib. İ.Əliyev bu fəallığın seçki günü daha da artacağına əmin olduğunu söyləyib. O, parlament seçkiləri ərəfəsində seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu bildirib.
Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev seçicilərin qaldırdığı məsələlərə münasibət bildirib. İ.Əliyev qeyd edib ki, müvafiq məsələlərin həllində fəal şəkildə iştirak etmək üçün seçicilərin səsinə və dəstəyinə güvənir: "Millət vəkili seçiləcəyim təqdirdə, Milli Məclisdə mühüm əhəmiyyət kəsb edən qanunların qəbul olunmasında fəal iştirak edəcəyəm". Seçicilər namizədin çıxışını böyük maraqla dinləyiblər. Onlar Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevin onların etimadını doğruldacağına əmin olduqlarını, 56 saylı Xaçmaz kənd seçki dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Oktyabrın 26-da 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəf oğlu Əşrəfovun Hacıəlibəy kəndinin seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. Görüşdə seçicilərdən Mehriban Qurbanova, Mehman Mustafayev, Məhəmməd Bədəlov, Faiq Məhərrəmov və başqaları çıxış ediblər. Namizəd seçicilər qarşısında çıxış edərək, seçki platforması ilə bağlı məlumat verib.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxışında bildirib ki, Xaçmazda müvafiq dairədən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəfovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir: l Deputatlığa namizəd Arif Əşrəfov keçirdiyi bütün görüşlərdə seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanır. Əminik ki, partiyamız ardıcıl uğurlarını davam etdirərək, 7 noyabr seçkilərində inamlı qələbə qazanacaq. Bu, xalqın, yerli sakinlərin Yeni Azərbaycan Partiyasına böyük rəğbətinin göstəricisidir".
Milli Məclis üzvlüyünə namizəd Arif Əşrəfov seçki platformasında müəyyənləşdirilən hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. A.Əşrəfov görüşdə seçiciləri maraqlandıran sualları dolğun, məzmunlu şəkildə cavablandırıb. O, millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib: "Çalışacağam ki, parlamentdə xaçmazlıları layiqincə təmsil edim. Bilirəm ki, etimadı qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir. Ümid edirəm ki, millət vəkili seçiləcəyim təqdirdə, bu çətin vəzifənin öhdəsindən layiqincə gələ biləcəyəm. Seçicilərin bu fəallığı və diqqəti məni çox sevindirir. İnanıram ki, onlar ən layiqli namizədi seçəcəklər. Milli Məclis üzvlüyünə namizəd kimi, mənə etimad göstərilərsə, bu etimadı doğrultmaq üçün böyük səy göstərəcəyəm".

Digər xəbərlər