PDF Oxu

Əsas

  • 20

Yeni Azərbaycanla qələbəyə doğru

Yeni Azərbaycanla qələbəyə doğru
Dünən - oktyabrın 25-də 7 noyabr parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əli Səftər oğlu Əliyevlə Xudat şəhəri və Susay kəndinin seçicilərinin görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. Görüşlərdə seçicilərdən Elman Allahyarov, İndira Hacıbəyova, Abgül Siracov, Nurməhəmməd Cavadov, Ayaz Mirzəyev, Heybət Əzimov, Valeh Qasımov, Amil Rəhimov, Aydabəy Ağabalayev, Mübariz Baratov və başqaları çıxış ediblər. Çıxış edənlər Milli Məclis üzvlüyünə namizəd İ.Əliyevin seçki platformasını bəyəndiklərini bildiriblər. Seçicilər vurğulayıblar ki, gənc namizəd kimi, İ.Əliyevə böyük ümid bəsləyir, millət vəkili seçiləcəyi təqdirdə, onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanırlar.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev görüşdə Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevin həyatı və fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib. N.Ağayev bildirib ki, Xaçmaz sakinləri Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev barəsində çox müsbət fikirdədirlər: "İlham Əli Səftər oğlu Əliyev bir namizəd kimi, seçicilərin etimadını, rəğbətini qazana bilib. O, geniş həyat təcrübəsinə, yüksək intellektə malik, ləyaqətli ziyalıdır, yüksək mədəniyyəti, xoş rəftarı ilə seçilir. Seçicilər bunu çox yüksək qiymətləndirirlər".
Deputatlığa namizəd İlham Əliyev çıxışı əsnasında keçirilən görüşlərdə seçicilərin kütləvi iştirakından məmnun qaldığını bildirib. O, qeyd edib ki, bu seçkidə inamlı qələbə əldə edəcəyinə inanır: "Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi, üzərimə düşən məsuliyyəti çox yaxşı dərk edirəm. Millət vəkili seçiləcəyim təqdirdə, partiyanın seçki platformasında nəzərdə tutduğu hədəflərə çatmaq üçün lazımi səy göstərəcək, ləyaqətlə çalışacağam".
Deputatlığa namizəd görüşdə seçicilərin yüksək fəallığından razı qaldığını deyib. O, parlament seçkiləri ərəfəsində seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu söyləyib.
Seçicilər namizədin çıxışını böyük maraqla dinləyiblər. Onlar Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevin onların etimadını doğruldacağına əmin olduqlarını, 56 saylı Xaçmaz kənd seçki dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev seçicilərin qaldırdığı məsələlərə münasibət bildirib. İ.Əliyev qeyd edib ki, müvafiq məsələlərin həllində fəal şəkildə iştirak etmək üçün seçicilərin səsinə və dəstəyinə güvənir: "Millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, Milli Məclisdə mühüm əhəmiyyət kəsb edən qanunların qəbul olunmasında fəal şəkildə iştirak edim".
Oktyabrın 25-də 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəf oğlu Əşrəfovun Yergüc kəndinin seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. Görüşdə seçicilərdən Fatma Fərzəliyeva, Mahmud Abdullayev, Vasif Səmədov, Bilal Hacıyev, Nərminə Əhmədova və başqaları çıxış ediblər. Namizəd seçicilər qarşısında çıxış edərək, seçki platforması ilə bağlı məlumat verib.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxışında bildirib ki, Xaçmazda Yeni Azərbaycan Partiyasının namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla həyata keçirilir: "Əminik ki, partiyamız ardıcıl uğurlarını davam etdirərək, 7 noyabr seçkilərində inamlı qələbə qazanacaq. Burada YAP namizədləri seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanırlar. Bu, xalqın, yerli sakinlərin Yeni Azərbaycan Partiyasına böyük rəğbətinin göstəricisidir".
Deputatlığa namizəd Arif Əşrəfov görüşdə seçiciləri maraqlandıran sualları dolğun, məzmunlu şəkildə cavablandırıb. O, millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib. Milli Məclis üzvlüyünə namizəd öz seçki platformasında göstərilən hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib: lMilli Məclis üzvlüyünə namizəd kimi, mənə etimad göstərilərsə, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Çalışacağam ki, parlamentdə xaçmazlıları layiqincə təmsil edim. Seçicilərin bu fəallığı və diqqəti məni çox sevindirir. İnanıram ki, onlar ən layiqli namizədi seçəcəklər".

Digər xəbərlər