PDF Oxu

Əsas

  • 22

Seçicilər uğurlara imza atan ictimai-siyasi xadimə səs verəcək

Seçicilər uğurlara imza atan ictimai-siyasi xadimə səs verəcək
Dünən YAP-ın 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Oqtay Əsədovun Binəqədi rayonu 7-ci mikrorayon seçiciləri ilə görüşü keçirildi. Oqtay Əsədovun vəkillərinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bir ərəfədə olduğunu vurğulayaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində mütəmadi olaraq seçicilərlə görüşlərin təşkil olunduğunu bildirdi.
Qeyd etdi ki,  Oqtay Əsədovun vəkillərinin dairə ərazisində yaşayan seçicilərlə bir neçə göüşləri keçirilib və bu tip görüşlər təbliğat-təşviqat kampaniyası çərçivəsində noyabrın 5-dək davam etdiriləcək: "İlk dəfədir ki, bizim dairədən Milli Məclisin sədri olan nufuzlu bir şəxsin parlament seçkilərinə namizədliyi irəli sürülmüşdür. Dövlətin üçüncü şəxsinin rayon ərazisindən namizədliyinin irəli sürülməsi bizim üçün böyük hadisədir. Onun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsinə baxmayaraq, bütün rayon ərazisində rolunun  olacağı şübhəsizdir. Respublikanın nüfuzlu, seçilən, hörmətli ictimai xadimi bizim ərazinin deputatı olacaq və bir sıra problemlərin çözüləməsinə əməli fəaliyyəti ilə nail olacaq, seçicilərin etimadını doğruldacaqdır."
N.Xəlilov Oqtay Əsədovun Azərbaycan üçün gördüyü işləri, fəaliyyət dairəsini və ziyalı, şəxsiyyət kimi dəyərlərini  nəzərə alaraq hər bir seçicini ona səs verməyə çağırdı. Natiq demokratiyanın verdiyi azad seçimdən istifadə edərək Azərbaycanın gələcək inkişafını düşünməyi tövsiyə etdi.
Görüşdə deputatlığa namizədin vəkili Vaqif Əsədov çıxış edərək seçiciləri kiçik və sosial problemlərin həlli məsələsinə deyil, Azərbaycanın gələcək inkişafını və reallıqları nəzərə alaraq layiqli namizədə səs verməyə çağırdı:"Müxtəlif peşə sahiblərinin fəaliyyəti zamanı müəyyən səhvlərə, nöqsanlara təsadüf olunsa da, bunun bir o qədər də fərqinə varılmır. Amma siyasətçi səhv edərsə, bu, dövlət üçün qürur sayıla bilər. Təbii ki, istənilən şəxs də siyasi xadim ola bilməz və bu meydanda öz imicini təsdiqləmək imkanından xaricdir. Bunun üçün zaman lazımdır ki, yetişəsən və həyat təcrübən, yaşadığın proseslər sənə siyasətçi kimi həyat vəsiqəsi təqdim edə bilsin. Mən deyərdim ki, respublikamızda bir neçə seçki qərargahı var ki, oranın seçicilərinə xoşbəxtlik nəsib olub. 14 saylı Xəzər ikinci seçki dairəsindən Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva, eləcə də, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Oqtay Əsədovun seçiciləri buna layiq olmuşlar. Oqtay Əsədov 26 yaşından bu günə qədər rəhbər vəzifələrdə çalışmış, səriştə toplamış və Azərbaycanda dövlət səviyyəsində olan üçüncü bir quruma rəhbərlik edir. 60 dövlətlə Azərbaycan arasında münasibətlərin yaradılması, Avropa dövlətləri sırasında Azərbaycan parlamentinin layiqincə təmsil olunması, respublikamıza gələn qonaqların yüksək səviyyədə qəbulu və müəyyən məsələlərin həllində onun rolunu qeyd etmək vacibdir. Prezident İlham  Əliyev cənablarının qəbul etdiyi qərar və müqavilələr parlament tərəfindən qəbul olunur və təsdiqini tapır. Göründüyü kimi, bu şərəfli və məsuliyyətli bir məsələdir. Son 100 il ərzində, ilk dəfə olaraq, Azərbaycan tarixində parlament tərəfindən hərbi doktorina qəbul olundu. Bu, əlbəttə ki, bizim uğurumuzdur. Sözsüz ki, bu uğurlara imza atan nüfuzlu ictimai-siyasi xadimimiz var".
Deputatlığa namizədin vəkili onu da qeyd etdi ki, vətəndaş ən əvvəl vətənini, dövlətini qorumalıdır. Bu halda Azərbaycandan və onun gələcək inkişafından söz açmaq mümkün olur. Azərbaycanın potensialını görən, onun inkişafına əngəllər törətmək niyyətində olan insanlar rəsmi elan olunmasa da, ölkənin müharibə şəraitində yaşamasına gətirib çıxarmışlar. Belə proseslərə qarşı sərt ittihamlarla çıxış edən ziyalılırın, siyasi xadimlərin meydanda olması Azərbaycanın, əlbəttə ki, ərazi bütövlüyünün, dövlətçiliyinin qorunmasında əsas şərtlərdəndir.
Vəkil çıxışında seçicilərə onu da bildirdi ki, kimsəyə diqtə edilmir ki, Oqtay Əsədova 7 noyabr tarixində səs verilsin:"Amma bütün bu deyilənləri, mövcudluqları nəzərə alaraq, hər birinizi seçki günü böyük bir əhval-ruhiyyə ilə ailə üzvləri və yaxınlarınızla səs verməyə çağırıram. Demokratiyanın sizə verdiyi müstəqillikdən, azad seçki hüququndan istifadə edərək, seçiminizdə Azərbaycanın gələcəyinə, onun uğurlu inkişafına səs verin. İnanıram ki, on il millət vəkili, beş il parlamentin sədri vəzifəsində çalışan bir şəxsiyyətə düzgün seçim edib səs verəcəksiniz. Ulu Öndər Heydər Əliyevin ideyalarının və ölkə Prezidenti İlham Əliyev cənablarının məqsədyönlü siyasətini layiqli şəkildə davam etdirən Oqtay Əsədovun siz seçicilərin səsi ilə namizədliyi təsdiqlənəcəkdir."
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev Oqtay Əsədovun layiqli namizəd olmasına diqqətə çəkərək, onun təkcə özünün deyil, əslinin-kökünün, bütövlükdə, şəcərəsinin dövlətə sadiqliyini bildirdi. Bütün alimlər arasında Azərbaycanın işğalı, soyqırımı haqqında, ilk dəfə olaraq, onun atası Sabir Əsədov səsini qaldırmış və silsilə əsərlərin müəllifi kimi çıxış etmişdir: "Ulu Öndərimiz Heydər Əliyev siyasətini hər zaman dəstəkləyən və onu öz fəaliyyəti ilə həyata keçirən Oqtay Əsədov müasir həyatda ölkə Prezidenti İlham  Əliyevin müvafiq daxili və xarici siyasətinin reallaşmasında ictimai xadim olaraq potensialını sərf edir. O, çox işgüzar, təşəbbüskardır. Hər cəhətdən deputatlığa layiq olan bir ziyalıdır. O, həqiqətən də, seçilməyə və Azərbaycanı təmsil etməyə layiq bir ziyalıdır".
H.Mirzəyev dairənin bütün seçicilərini Milli Məclisə namizədliyi irəli sürülmüş Oqtay Əsədova səs verməyə və hər bir ailəni bayram əhvali-ruhiyəsi ilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq, düzgün seçim etməyə çağırdı.
Görüşün sonunda seçicilərlə Oqtay Əsədovun vəkilləri arasında diskussiya yarandı. Seçicilər seçimində Azərbaycanın gələcəyini nəzərə alaraq, YAP-ın namizədinə səs verəcəklərini səmimi etiraf etdilər.

Digər xəbərlər