Yeni Azərbaycan Partiyası Azərbaycanın ən demokratik partiyasıdır
Dünən YAP-ın 105 saylı Tovuz seçki dairəsi üzrə deputatlığa namizədi Nəsrəddin Aslanovun təbliğat-təşiqat kampaniyası çərçivəsində Tovuzun Qovlar qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP-ın Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov çıxış edərək, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandıraraq, bildirib ki, Yeni Azərbaycan Partiyası 105 saylı Tovuz seçki dairəsindən partiya fəalı Nəsrəddin Aslanovun namizədliyini irəli sürüb. Nəsrəddin Aslanovu tovuzluların yaxşı tanıdığını bildirən M.Bayramov onun bu vaxta qədərki fəaliyyəti ilə bağlı görüş iştirakçılarını bir daha məlumatlandırıb. O, həmçinin, YAP-ın Azərbaycanda yeganə aparıcı siyasi partiya olduğunu diqqətə çatdırıb. YAP-ın və onun namizədlərinin hər zaman xalq tərəfindən dəstəyini qazandığını bildirən partiyanın rayon təşkilatının sədri seçicilərin noyabrın 7-də keçiriləcək parlament seçkilərində də 105 saylı Tovuz seçki dairəsindən YAP-ın deputatlığa namizədi olan Nəsrəddin Aslanovu dəstəkləyəcəyinə əmin olduğunu bildirərək, seçiciləri seçkilərdə aktiv olmağa çağırıb. YAP-ın 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədi Nəsrəddin Aslanov da seçicilər qarşısında çıxış edərək, onları maraqlandıran sualları cavablandırıb. YAP-ın 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədi bildirib ki, əgər noyabrın 7-də seçicilər ona etimad göstərərək, millət vəkili seçərlərsə, o, deputatlıq fəaliyyəti dövründə seçicilərin bu etimadını doğrultmağa çalışacaq. YAP-ın deputatlığa namizədi seçiciləri seçkilərdə aktiv olmağa çağırıb. Tədbirdə çıxış edən kənd sakinləri isə Qovlar qəsəbəsindən olan seçicilərin hər zaman YAP-ı və onun namizədlərini dəstəklədiklərini bildirərək, noyabrın 7-də MM-ə keçiriləcək seçkilərdə də YAP-ın nümayəndəsinə səs verəcəklərini bildiriblər. Həmçinin, qəsəbə sakinləri onların bəzi problemlərinin olduğunu söyləyərək, deputatlığa namizəddən həmin məsələlərlə bağlı hökumət qurumları qarşısında məsələ qaldırmağı istəyiblər. YAP-ın 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədi N. Aslanov isə həmin məsələlərin həlli ilə maraqlanacağına söz verib.