PDF Oxu

Əsas

  • 18

Azərbaycanın apardığı praqmatik siyasət bütövlükdə regionun inkişafına xidmət edir”

Azərbaycanın apardığı praqmatik siyasət bütövlükdə regionun inkişafına xidmət edir”
"Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. Tədbirdə dünyanın 27 ölkəsindən 60-dan artıq tanınmış ekspertlərin, beynəlxalq münasibətlər üzrə nəzəriyyəçilərin iştirakı Azərbaycanda beynəlxalq münasibətlərlə bağlı inkişafın bu sahədəki tədqiqatlara olan marağın bariz nümunəsidir". Milli.Az xəbər portalının məlumatına görə, bu sözləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov müsahibəsində deyib. O bildirib ki, əsas məqsəd Azərbaycanın inkişaf etdiyi bir dövrdə regionun geosiyasətini və geoiqtisadiyyatını, regional və qlobal məsələləri geniş müstəvidə müzakirə və tədqiq etməkdir. Şöbə müdiri qeyd edib ki, bu tədbirin hər il Azərbaycanda keçirilməsi və Bakı simpoziumu adlandırılması ilə bağlı ekspertlər arasında danışıqlar aparılır. Bundan başqa, simpoziumun Azərbaycanda qərargahının açılması və Londonda ildə dörd dəfə jurnalının nəşr olunması da nəzərdə tutulur: "Simpozium zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Cənubi Qafqazda apardığı praqmatik və rasional siyasət, ölkəmizin iqtisadi inkişafı haqqında qonaqlara kifayət qədər məlumat vermək imkanımız olacaq. Bu gün tədbirdə iştirak edən qonaqlar bir daha görəcəklər ki, Azərbaycanın apardığı praqmatik siyasət bütövlükdə regionun inkişafına xidmət edir, ölkəmizin həm nəqliyyat dəhlizi, həm də geoiqtisadi dəhliz kimi önəmli rolunu şərtləndirir".

Digər xəbərlər