PDF Oxu

Əsas

  • 23

Ölkəmizdə azad və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait var

Ölkəmizdə azad və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait var
Dünən 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Madər Musayevin vəkillərinin Binəqədi kəndi Mədəniyyət Evində yaşayan seçicilərlə görüşü keçirildi. Görüşdə namizədin vəkili Niyaz Niftiyev çıxış edərək, ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu bildirdi. Binəqədi rayon seçicilərinin bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə fəal olduğunu və 7 noyabr növbəti parlament seçkilərində aktivlikləri ilə seçiləcəklərinə əmin olduğunu qeyd etdi.
Seçicilərin Madər Musayevin fəaliyyəti ilə yaxından tanış olduqlarını bildirən vəkil görüş iştirakçılarını 7 noyabr parlament seçkilərində ona səs verməyə çağırdı. Onları fəal olmağa və parlament seçkilərində seçki məntəqələrinə gedərək, M.Musayevə səs verməyə səslədi.
M.Musayevin təbliğinə heç bir ehtiyacın olmadığını bildirən namizədin vəkili namizədin bu günə qədər gördüyü işlərin onun seçilməsində böyük rolu olacağını bildirdi. "Bu gün bizim ən ali məqsədimiz seçici fəallığını artırmaq, onların 7 noyabr tarixində keçiriləcək seçkilərdə düzgün seçim etməsinə yönəltməkdir. O, dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasəti əməli fəaliyyətində doğruldub. Madər Musayev bu ölkənin həyatında, inkişafında öz rolunun öhdəsindən layiqincə gəlir.
Binəqədi qəsəbəsi son vaxtlar demək olar ki, sosial problemlərlə üzləşmir. Ara-sıra təsadüf olunan məsələlərin həllinə də çalışırıq. Kommunal problemlərlə demək olar ki, Binəqədi sakinləri rastlaşmır. Madər Musayevin Biləcəri qəsəbəsində də gördüyü işləri də müsbət qarşılanır. Onun təhsil və səhiyyə sahəsində də gördüyü işlər qeyd olunmalıdır. O, orta məktəbdə oxuyan və təhsili ilə fərqlənən 24-25 əlaçı şagirdə mükafatlar təsis edib".
Namizədin vəkili Əlisəfa Haqverdiyev çıxışında bildirdi ki, o, artıq 5-ci dəfədir ki, seçkilərə qatılır. Bu, o deməkdir ki, Musayev öz seçiciləri tərəfindən birmənalı olaraq qəbul edilir və gördüyü işləri onları qane edir. Vəkil seçiciləri 7 noyabr tarixində məntəqələrə gələrək öz iradələri ilə layiqli namizədə səs verməyə çağırdı.
Milli Məclisə namizədliyi irəli sürülmüş namizədin vəkillərindən olan Zinyət Tağıyeva isə, Musayevin əhalinin sosial vəziyyətin yaxşılaşdırılması ilə gördüyü işləri nəzərə alaraq seçiciləri fəal və obyektiv olmağa, layiqli namizədə M.Musayevə səs verməyə çağırdı.
Görüşdə Binəqədi kənd seçicilərindən olan Həsənov Qubad, Etibar Etibarlı və başqaları çıxış edərək, bu günə qədər bu ərazinin millət vəkili seçilmiş və bu gün namizədliyi irəli sürülmüş M.Musayevə səs verəcəklərini və ailələrini də bu prosesdə fəal iştirakının təmin olunacağını bildirdilər.

Digər xəbərlər