PDF Oxu

Əsas

  • 19

QƏLƏBƏYƏ DOĞRU

QƏLƏBƏYƏ DOĞRU
Dünən YAP Ağstafanın Poylu kəndində və Poylu qəsəbəsində YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçrilib.
Poylu kəndində keçirilən görüşdə 200 nəfərdən artıq kənd sakini iştirak edib. YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov görüşdə YAP-ın Azərbaycanda xalqla həmrəyliyi olan yeganə partiya olduğunu vurğulayıb. R.Tatarov bu dəfəki seçkilərdə də seçicilərin YAP-ın namizədini dəstəkləməklə, partiyaya öz dəstəklərini göstərəcəklərinə inandığını vurğulayıb. Görüşdə həmçinin, son illər ölkəmizdə  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət nəticəsində  əhalinin sosial vəziyyətinin yaxşılaşdığı,  iqtisadi inkişafın əldə olunduğu diqqətə çatdırılıb.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov da seçicilər qarşısında çıxış edib. YAP-ın deputatlığa namizədi kimi seçiciləri noyabrın 7-də MM-ə keçiriləcək seçkilərdə aktiv olmağa çağıran N.Cəfərov seçicilərə öz seçimlərində müstəqil olduqlarını bildirib. N.Cəfərov bu vaxta qədər keçirilən seçkilərdə Poylu seçicilərinin YAP-ın namizədinə dəstək verdiklərini bildirərək, bu dəfəki seçkilərdə də onu dəstəkləyəcəklərinə inandığını bildirib. Görüşdə seçicilər də  onları maraqlandıran məsələlərin həlli ilə bağlı  fikirlərini açıqlayıblar. Poylu sakinləri hazırda Ağstafanın deputatı olan və bu ilki parlament seçkilərində YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərovdan kəndin su problemi, məktəb binasının təmiri və orada istilik sisteminin qurulmasına kömək edilməsi ilə bağlı dövlət qurumları qarşısında məsələ  qaldırmağı xahiş ediblər.
Dünən YAP-ın Ağstafa rayon təşkilatının rəhbərliyi ilə YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində  daha bir görüşü rayonun Poylu qəsəbəsində keçirilib. 250 nəfərdən çox seçicinin iştirakı ilə keçirilən görüşdə YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov, 108 saylı Ağstafa seçki dairəsindən YAP-ın deputatlığa namizədi N.Cəfərov və rayon ictimaiyyətinin nümayəndələri çıxış edib. Görüşdə seçiciləri maraqlandıran bir sıra suallara cavab verilib. Poylu qəsəbəsinin sakinləri, həmçinin, qəsəbədə olan bəzi sosial problemlərin həlli ilə bağlı N.Cəfərovdan hökumət qurumları qarşısında məsələ qaldırmağı xahiş ediblər. Görüşdə çıxış edən qəsəbə sakinləri noyabrın 7-də bütün seçicilərin seçki məntəqələrinə gələrək, YAP-ın 108 saylv Ağstafa seçki dairəsi üzrə namizədinə səs verəcəklərini bildiriblər. YAP-ın Ağstafa rayon təşkilatı tərəfindən təşviqat tədbirləri davam etdirilir.

Digər xəbərlər