PDF Oxu

Əsas

  • 17

Vasif Talıbov ATƏT nümayəndələri ilə görüşüb

Vasif Talıbov ATƏT nümayəndələri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən ATƏT-in Demokratiya və İnsan Hüquqları Müdafiəsi Təşkilatı missiyasının başçısı, səfir Andri Qlover və hüquqşünas Mariana Skopa ilə görüşüb. Görüşdə muxtar respublikada parlament seçkilərinə hazırlığın vəziyyəti və seçki kampaniyasının aparılması ilə bağlı məsələlər müzakirə edilib. V.Talıbov deyib ki, muxtar respublikada Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək seçkilər üçün lazım olan texniki işlər başa çatdırılıb, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki komissiyaları tərəfindən sənədləşmə, təchizat işləri həyata keçirilib. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana göndərilən müşahidəçilərin Naxçıvana da gəlmələri nəzərdə tutulub. Artıq muxtar respublikaya gələn uzunmüddətli müşahidəçilər yerli seçki orqanları ilə birgə fəaliyyətlərini qura biliblər. Onların öz fəaliyyətlərini səlahiyyətləri daxilində yerinə yetirmələri üçün heç bir problem yoxdur. Missiyanın başçısı səfir Andri Qlover muxtar respublikaya səfərinin məqsədi barədə məlumat vermiş, səmimi görüşə görə minnətdarlığını bildirib.

Digər xəbərlər