Səfər Əbiyev MDB müdafiə nazirləri şurasının iclasına qatılacaq
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri şurasının oktyabrın 20-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Krıma yola düşüb. Azərbaycan müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.